vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 22 yanvar 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.935 AZN
1 Rusiya rublu 1 RUB = 0.0256 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1877 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3174 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
RƏY, REPLİKA  
17:45 | 1 may 2018 | Çərşənbə axşamı Məqaləyə 3607 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Bunu əməli nümunələrdə göstərək”

Əflatun Amaşov: “Biz Şərqdə ilk demokratik respublikanı quranların varisləriyik”

MÖVZU İLƏ ƏLAQƏLİ

Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün Milli Məclisin plenar iclasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşının tamam olmasına dair çıxış edib. Vaxt.az Ə.Amaşovun çıxışının mətnini təqdim edir:

“Xalq Cümhuriyyətimizin yaranması bütövlükdə Şərq aləmi üçün müstəsna hadisədir. Tanrı bizə o xoşbəxtliyi nəsib edib ki, biz Şərqdə ilk demokratik respublikanı, parlamenti quranların varisləriyik. Biz bununla fəxr edirik. Elə etməliyik ki, bu irsə varisliyimizi əməli nümunələrdə göstərək. Hesab edirəm ki, cümhuriyyətin 100 illiyi ilə bağlı yubiley medalının təsis edilməsi bu baxımdan son dərəcə vacibdir. Bu medal cümhuriyyət irsinə sahibliyin, ehtiramın növbəti bariz nümunəsidir.

Düşünürəm ki, həm cənab Prezidentin sərəncamı, həm də bu yubiley medalı, eləcə də keçirilən və keçiriləcək digər tədbirlər cəmiyyətimizdə Xalq Cümhuriyyətinə, onun liderlərinə vahid münasibətin formalaşmasına mühüm töhfə verəcəkdir. Bu, son dərəcə vacibdir. Çünki indiyədək hələ də Cümhuriyyət liderlərinin tariximizdə oynadığı rola mübahisəli yanaşanlar var. Əlbəttə, istənilən prosesə münasibətdə elmi mübahisələr hər zaman ola bilər. Ancaq belə mübahisələr sırf elmi mahiyyət daşımalıdır, siyasi konyukturadan uzaq olmalıdır.

Mən əminəm ki, dövlət rəhbərliyinin Cümhuriyyətin tariximizdəki rolunu fundamental qiymətləndirməsi həm bu istiqamətdəki mənasız ritorikanı aradan qaldıracaq, həm də Cümhuriyyət dövrü tarixinə vahid münasibətin formalaşmasında həlledici rol oynayacaqdır”.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *