vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
MEDİA-QHT  
18:18 | 19 noyabr 2016 | Şənbə Məqaləyə 2613 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Zabil Müqabiloğlu nazirin diqqətində

Oqtay Şirəliyev jurnalistin müalicəsini nəzarətə götürdü

MÖVZU İLƏ ƏLAQƏLİ

Qaraciyərində yaramış problemlərlə bağlı səhhəti kəskin şəkildə pisləşən jurnalist Zabil Müqabiloğlunun sağalması ilə bağlı bütün işlərə dövlət tərəfindən tam dəstək göstəriləcək.

Bunu Lent.az-a açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib.  Millət vəkilinin sözlərinə görə, jurnalistə qaraciyər köçürülməsi və tam sağalana qədər lazım olan müalicəsinin təminatı üçün səhiyyə naziri Oqtay Şirəliyevin qəbulunda olub: «Səhiyyə Naziri ilə özüm şəxsən görüşüb, jurnalist həmkarlar adından müraciət etdim və bildirdim ki, bu məsələdə dövlət dəstəyinə ehtiyac var. Nazir Oqtay Şirəliyev də vurğuladı ki, məsələ diqqətdədir və jurnalistin qaraciyər köçürülməsi əməliyyatı, həmçinin, ondan sonrakı müalicəsinə dəstək göstəriləcək».