vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNEY  
20:07 | 16 noyabr 2016 | Çərşənbə Məqaləyə 2362 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Fraksiyasının əsasnaməsi hazırlanır»

«Əsas məqsəd geridə qalmış bölgələrinin inkişafına yardım etməkdir»

MÖVZU İLƏ ƏLAQƏLİ

İranın Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiyadan ölkə parlamentinə yol tapan deputat Nadir Qazipur, «Uromnews» saytına açıqlamasında 100-dən çox deputatın iştirakı ilə yenicə yaradılmış Türkdilli Deputatlar Fraksiyasından və onun təmsil etdiyi bölgələrdən danışıb.

Qazipur deyib ki, Türkdilli Deputatlar Fraksiyası Azərbaycan türklərindən başqa həm də İranın digər əyalət və şəhərlərində toplu şəkildə yaşayan bütün türkləri təmsil edəcək: «Bu fraksiya, azərbaycanlılara, qaşqaylara, türkmənlərə, eləcə də Tehranda, Kərəcdə, Qaimşəhrdə, Şimali Xorasanda, İsfahanda, Kohkiluye və Boyer Əhməddə, Həmədanda və ümumiyyətlə İranın digər bölgələrində toplu halda yaşayan bütün türklərə məxsusdur və onların hamısının bu fraksiyada nümayəndələri var. Misal üçün, Tehranın fraksiyadakı üzvü cənab Məhcub, özü farsdillidir. Lakin o, təmsil etdiyi bölgədə türklər yaşadığına görə bu fraksiyanın üzvü olub.

Hesab edirik ki, İranın istənilən bölgəsinin abadlaşması və inkişafı millətin xeyrinədir. Lakin Azərbaycan xalqının qeyrətindən anlayışı olmayan və sistemə müxalif olan bir qrup savadsız şəxslər, bu fraksiyanın əleyhinə çıxır, xalq arasında nifaq salmağa çalışırlar. Bu fraksiyanın əsas hədəflərindən biri isə ölkənin məhrum, imkansız və geridə qalmış bölgələrinin inkişafına yardım etməkdir. Fraksiyanın isə ilk toplantısında 5 nəfər təyin ediləcək və onlar Türkdilli Deputatlar Fraksiyasının əsasnaməsini yazıb hazırlayacaqlar».

Xatırladaq ki, oktyabrın 30-da İranda 100-dən çox türk deputatının iştirakı ilə yaranmış Türkdilli Deputatlar Fraksiyasının ilk iclası keçirilib. Türklərin toplu şəkildə yaşadığı əyalət və bölgələrdən parlamentə yol tapan deputatların ilk iclasında təbrizli deputat, İran parlamentinin sədrinin canişini Məsud Pezeşkiyan fraksiyanın sədri, urmiyalı deputat Nadir Qazipur ilə ərdəbilli deputat Rza Kərimi isə onun müşavirləri seçilib. İclasda həmçinin Mərənd və Culfa şəhərlərindən seçilən deputat Məhəmməd Həsən Nəjad və təbrizli deputat Şəhabəddin Bimiqdar katib, təbrizli deputat Zəhra Sai isə fraksiyanın sözçüsü vəzifəsinə təyin edilib.