vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
DÜNYA  
18:00 | 22 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 2748 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yaponiyada güclü zəlzələ

İlk sunami dalğası 1 metrə çatıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Çərşənbə axşamı səhər radələrində Yaponiyanın şimal sahilində güclü zəlzələ və bir neçə kiçik sunami baş verib. Yaponiya Meteorologiya agentliyinin bildirdiyinə görə, 7.4 bal gücündə zəlzələnin episentri Fukuşima prefekturasınının Sakit Okean sahili olub.

Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzi ilk sunami dalğasının 90 santimetr olduğunu bildirib.

Yaponiya televiziyası sunami dalğalarının bəzi yerlərdə çayların daşmasına səbəb olduğunu göstərib.

2011-ci ildə baş verən zəlzələnin və sunaminin şahidi olmuş yerli sakin deyib ki, onlar xəbərdarlıqlara ciddi yanaşıb.

«2011-ci ildəki zəlzələ mənin gözümün önündə baş verdi. Onunla müqayisədə bu zəlzələ o qədər də ciddi olmaya bilər, amma mənə elə gəlir ki, biz yenidən eyni səhvlərə yol verə bilmərik,» deyə o bildirib.

Zəlzələ və sunami nəticəsində dəyən xəsarət və zərərin minimal olduğu bildirilir.

Region sakinləri səhər sunami xəbərdarlıq sirenaları səslənəndən sonra yüksəkliklərə qalxmağa başlayıb.

Çərşənbə axşamı baş verən zəlzələ 2011-ci ilin mart ayında həmin regionda 40 metr hündürlüyündə sunamilərə səbəb olan və 20 min insanın ölümü, eləcə də Fukuşima nüvə elektrik stansiyasının dağılması ilə nəticələnən 9.0 bal gücündəki zəlzələdən daha zəif olub.