vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
GÜNDƏM  
10:33 | 9 dekabr 2016 | Cümə Məqaləyə 1894 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Tramp Qazaxıstana üz tutur»

Astana dünya əhəmiyyətli məsələlərə nadir baxış nöqtəsindən baxmaq imkanı verir

Bill KOUEN, The National Interest (ABŞ)

MÖVZU İLƏ ƏLAQƏLİ

Bütün dünya ABŞ-ın seçilmiş prezidenti Donald Trampla Tayvan lideri Say İnven arasında telefon söhbətini müzakirə edincə, Trampın Qazaxıstanın başçısı Nazarbayevə zəngi əsil gözlənilməzlik olub. 30 noyabrda keçirilən telefon söhbəti təkcə baş tutduğuna görə deyil, həm də hansı mövzuların müzakirə edildiyinə görə əsil hadisəyə çevrilib. Deməli, Tramp və Nazarbayev ən geniş məsələlər dairəsinə, o cümlədən ABŞ-ın Rusiya ilə münasibətlərinə toxunub.

Təzəcə seçilmiş prezidentin artıq birinci il vəzifədə olmayan dövlət liderinə zəngi geopolitik baxımdan məntiqlidir, çünki yeni administrasiya başçısı əsas bölgələrdəki açar ölkələrlə münasibətlər qurmağa can atır.

Qazaxıstan Avrasiyanın lap mərkəzində yerləşir, ABŞ xarici siyasət cəmiyyətinin başağrısının iki qaynağı Rusiya və Çinlə həmsərhəddir.  Və həqiqətən də Barak Obama administrasiyasının səkkiz ilinin şərait yaradığı Çin və Rusiyanın qlobal nüfuzunun artması fonunda prezident Tramp and içdikdən dərhal sonra Avrasiyaya yaxından nəzər salmağı və beynəlxalq səhnədə ABŞ maraqlarının saxlanması üçün hansı rolu oynaya biləcəyini düşünməyi lazım gələcək.

Qazaxıstan başlanğıc üçün yaxşı yer ola bilər. Deməli, ölkə bu yaxınlarda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub. Qazaxıstan Sovet İttifaqının dağıldığı andan xeyli dərəcədə prezident Nursultan Nazarbayevin hesabına əhəmiyyətli tərəqqiyə nail olub və Tramp telefon söhbətinin gedişində bunu xatırlatmağı unutmayıb.  Nazarbayev indi isə hədəfi ölkəni 2050-ci ilə doğru dünyanın otuz ən inkişaf etmiş ölkəsi sırasına çıxartmaq olan «Millət planı» sayəsində müvəffəqiyyəti möhkəmləndirməyə çalışır. Bu, nəzərə alınmaqla Qazaxıstan beynəlxalq səhnədə həm diplomatik, həm də iqtisadi baxımdan, həm də, ola bilsin, hərbi sahədə, ABŞ maraqlarının gerçəkləşməsində, Rusiya və Çini önlənməsində, həmçinin terrorizmlə mübarizədə ABŞ-ın tərəfdaşı rolunu oynaya bilər. Təkcə Çinin Afrikada öz varlıq və nüfuzundan necə ustalıqla istifadə etdiyi və ABŞ-ın buna laqeyd şəkildə baxdığına diqqət yetirmək lazımdır. Məsələ Mərkəzi Asiyaya gəlincə, ABŞ bu cür passiv ola bilməz.

Qazaxıstan dünya əhəmiyyətli məsələlərə nadir baxış nöqtəsindən baxmaq imkanı verir. Nüvə silahının yayılmaması məsələsi Qazaxıstanın səsinin nüfuzlu olduğu və bütün dünyada eşidilə biləsi sahədir. Məsələn, Qazaxıstan KXDR-in nüvə silahı yaratmasına qarşı çıxış edir, həmçinin İran nüvə proqramı ətrafında gərginliyin zəiflədilməsi üzrə beynəlxalq addımları fəal şəkildə dəstəkləyib. Qazaxıstan İslam Əməkdaşlıq Təşkilatının – BMT-dən sonra miqyasına görə ikinci hökumətlərarası təşkilat –  üzvü olmaqla ABŞ üçün bu sahədə də önəmlidir. Həm də ölkə vətəndaşlarının 70 faizi mötədil müsəlmandır, ölkə rəhbərliyi radikal islamçılıq təhlükəsini anlayır və Astananın hazırladığı onunla mübarizə strategiyası bütün islam aləmində tətbiq oluna bilər.

Qazaxıstan iqtisadi baxımdan neft ehtiyatları, nəqliyyat şəbəkəsi sayəsində Asiya ilə Avropa arasında bütün Mərkəzi Asiyada iqtisadi artıma səbəb ola bilən körpüdür. Qazaxıstan Amerikanın böyük korporasiyalarından kredit almaqla tezliklə iqtisadi partlayış yaşaya biləsi bölgənin lap mərkəzində açar tərəfdaş ola bilər. ABŞ Qazaxıstanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olmasına yardım edə bilər.

Beləliklə, ABŞ-ın Mərkəzi Avrasiyada yaxşı münasibətlər qurmağı davam etdirməyinə, həmçinin Qazaxıstanın coğrafi, iqtisadi və diplomatik baxımdan güclü müttəfiq qismində tanımağın mühümlüyünə dəyər.

ABŞ Əfqanıstanda davam edən sabitsizlik fonunda əsas diqqəti kontrterrorizm və bölgəsəl təhlükəsizliyə ayırıb Qazaxıstanla əməkdaşlıq çərçivəsini genişləndirmək imkanını nəzərdən keçirə bilər.

Bu cür cüzi yatırımlar 2050-ci ilə doğru və sonralar ABŞ-a önəmli dividentlər gətirə bilər. ABŞ-ın dünya lideri kimi rolunun saxlanması Vaşinqtonun kimə dəstək verdiyi və kimin onu dəstəklədiyindən asılı olacaq. Həmdə Ağ Ev Qazaxıstanla münasibətləri inkişaf etdirməlidir. Donald Tramp Qazaxıstana səfər edən ilk Amerika prezidenti kinmi tarixə düşə bilər. (Strateq.az)