vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
17:56 | 12 dekabr 2016 | Bazar ertəsi Məqaləyə 721 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bu, İranı narazı salacaq»

Ermənilər yenə Netanyahunun Bakı səfərindən yazdılar

Naira AYRUMYAN, Lragir.am

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrail baş naziri Benyamin Netanyahu sabah Bakıya gələcək. Düzdür, cəmi bir neçə saatlığa və bundan sonra Astanaya uçacaq. Lakin ekspertlərin əksəriyyəti səfəri artıq «tarixi» adlandırıb. O, Bakıda son dəfə 1997-ci ildə olub.

Səfərə qədər bazar günü Rusiyanın bəzi KİV-lərində «Mossad» başçısına istinadən məlumat yayılıb ki, guya, o, Azərbaycan və İsrailin təhlükəsizlik sahəsində mühüm sazişlər imzalayacağını deyib. Tirajlanmış müsahibədə qeyd olunub ki, İsrail Azərbaycana müasir silahlar verəcək.

Azərbaycan KİV-ləri bazar ertəsi müsahibə faktını təkzib edib və bildirib ki, bu, saxta məlumat imiş.

Bununla belə, Netanyahunun Bakı səfəri baş tutacaq və hansı sazişlərin əldə ediləcəyi və bunun Ermənistan üçün nə dərəcədə təhlükə təşkil edəcəyi o qədər də aydın deyil.

Netanyahu son günlərdə aşkar şəkildə siyasəti fəallaşdırıb. O, dünən bildirib ki, İranla nüvə sazişinin ləğv edilməsi haqda seçilmiş prezident Trampla müzakirə aparmağa cəhd edir. İran prezidenti Həsən Ruhani əvvəllər deyib ki, bu sazişin ləğv edilməsinə imkan verməz.

Bundan başqa, Netanyahu Suriya üzrə Vladimir Putinlə sazişin detallarını açıqlayıb. O deyib ki, Suriyaya müdaxiləyə mane olmamaq və Suriya hökumət qoşunları İsrailə toxunmasa, Əsədin irəliləməsi  üçün Putinlə razılaşıb.

Ekspertlərin sözlərinə görə, görünür, Obama idarəçiliyi illərində dünya siyasətində önəmi bir qədər azalmış İsrail fəallaşmağı qət edib – həm də ictimai rejimdə. Netanyahu ABŞ-ın İranla tərəfdaşlığa qaydaya salmağa yönəlmiş siyasətini dəyişməyə müvəffəq olacaqmı? Netanyahu bu faktdan istifadə edəcəkmi ki, Trampın qızı İvankanın əri mühafizəkar yəhudidir?

Netanyahunun Bakıya qarşıdakı səfəri artıq İranın narazılığına səbəb olub. İran antiisrail əhvali-ruhiyyəsini gizlətmir və ehtimal ki, İsrail-Azərbaycan əməkdaşlığının möhkəmlənməsi Tehranı Azərbaycandakı bəzi layihələrini yığışdırmağa məcbur edə bilər. Bu halda Ermənistan İranla əməkdaşlığı «monopoliyalaşdırmaq» və genişləndirmək şansı qazanacaq. Lakin İsrail həqiqətən Azərbaycana hanısa müasir silahlar tədarük etsə, onda bu, Ermənistanın təhlükəsizliyinə təhlükə ola bilər. Qarabağda aprel müharibəsi zamanı Azərbaycanın texniki üstünlüyünü müəyyən dərəcədə İsrailin dron-kamikadzeləri təmin edib. İsrail və Azərbaycanın Ermənistana qarşı hərbi əməkdaşlığı davam edəcəkmi? (Strateq.az)