vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNEY  
08:40 | 13 dekabr 2016 | Çərşənbə axşamı Məqaləyə 802 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Təbrizdə kütləvi məzarlıq tapıldı

Tapılan cəsədlərin «21 Azər hərəkatı» ilə əlaqəsi olduğu ehtimal edilir

MÖVZU İLƏ ƏLAQƏLİ

Dekabrın 10-da Təbrizin Heydərabad məhəlləsində qazıntı işləri aparan Kanalizasiya və Su İdarəsinin işçiləri kütləvi məzarlıq aşkar ediblər. Bundan iki gün sonra, Şərqi Azərbaycan Turizm, Əl işləri və Mədəni İrs İdarəsinin rəisi tapılan məzarlığın qədim və tarixi bir məzarlıq olmadığını bildirib.

«Bu barədə İdarəmizin ekspertləri nəticəni elan ediblər. Tapılan sümüklər heç də tarixi sayılmır və qədim kütləvi məzarlığın aşkar edilməsi ilə bağlı yayılan məmumatlar doğru deyil» deyə Mühəndis Murtaza Abdar qeyd edib.

Bazar günü Təbriz Şəhəri İcra Hakimiyyətinin başçısı Rəhim Şöhrətifər aşkar edilən qəbirlərin ötən onilliklərə aid olduğunu bildirmişdir.

Qeyd edək ki, bəziləri tapılan kütləvi məzarlığın 1946-cı il Azərbaycan Milli Hökumətinin süquta uğradıldığı dövrə aid olduğunu düşünür. Həmin il dekabrın 12-də (1325-ci il azərin 21-də) onminlərlə azərbaycanlı Pəhləvi ordusu tərəfindən amansızcasına qətlə yetirilmişdi.