vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
15:09 | 14 dekabr 2016 | Çərşənbə Məqaləyə 517 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazir olmaq üçün nəzir…

Ermənistanın təmas xəttində müşahidə sistemlərini hansı oliqarxın puluyla yerləşdirib...

F.MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan hakimiyyəti Qarabağda, təmas xəttində müşahidə aparmaq üçün güclü texniki vasitələri keçmiş maliyyə naziri, oliqarx Qaqik Xaçatryanın pulu hesabına alıb quraşdırıb.

Virtualaz.org xəbər verir ki, bu barədə «Aykakan jamanax» qəzeti yazır. Bildirilir ki, hakimiyyət Qaqik Xaçatryanı hələ 2014-cü ildə maliyyə naziri təyin olunmazdan əvvəl bu işə məcbur edib. Bir sözlə, əvvəllər Ermənistan hakimiyyətində ən «yağlı» postlardan birini-Dövlət Gəlirləri Komitəsinin və Gömrük Xidmətinin sədri vəzifələrini tutan oliqarx nazir olmaq üçün rüşvəti Serj Sərkisyana bu yolla ödəyib.

Qəzet yazır ki, Xaçatryan Qarabağda, təmas xəttində gecə-gündüz müşahidə aparmağa imkan verən texniki vasitələri quraşdırmaq üçün iri məbləğ xərcləyib. Həmin texniki vasitələri quraşdırmaq üçün Xaçatryanın «Ucom» şirkətinin mütəxəssisləri də Qarabağa göndərilib. «Ucom Armenia» Ermənistanın əsas internet provayderidir, offşor zonada qeydiyyatdan keçib.

Qəzet Qaqik Xaçatryanın Qarabağda müşahidə sistemləri alıb quraşdırması barədə müdafiə nazirinin müavini Ara Nazaryandan soruşub. Nazaryan bu fakta və oliqarxların ordunun ehtiyacları üçün ciblərindən pul xərcləməsinə dair başqa hallara münasibət bildirmək istəməyib.

Qaqik Xaçatryan bu ilin oktyabrında Ovik Abramyanın kabinetini istefaya göndərilməsi zamanı vəzifəsindən ayrılıb. O, yeni hökumətin tərkibində yer almayıb. Məlumatlara görə Xaçatryan yığdığı pulları da götürərək Ermənistanı tərk edib.

Xaçatryan maliyyə naziri olanda jurnalistlər üzə çıxarmışdılar ki, onun iki oğlu Qurgen və Artyom 2010-cu ildə ABŞ-ın Los-Anceles şəhərinin prestijli rayonunda 14.4 milyon dollara iki malikanə alıb. O vaxt nazir bildirmişdi ki, oğulları sahibkarlıq fəaliyyəti ilə məşğul olan «müstəqil şəxslərdir» və hansısa əmlak almalarında qanunsuz heç nə yoxdur. Ancaq Qaqik Xaçatryan Ermənistanın ən korrupsiyalaşmış məmur-oliqarxı kimi çoxdan ad çıxarıb. Məsələn, mətbuat yazırdı ki, onun İrəvanda iki nəhəng malikanəsi, habelə istixana kompleksləri, hektarlarla torpaq sahələri və s. var. Bundan başqa Xaçatryan nəqliyyat və taksi biznesində şirkətləri, mağazalar şəbəkəsi və digər aktivləri olduğu məlumdur.

Xatırladaq ki, ermənilərin təmas xətti boyu ABŞ şirkətinin istehsalı olan müasir videomüşahidə sistemləri quraşdırdığı haqda «The National İnterest» jurnalı yazmışdı. Bildirilirdi ki, aprel döyüşlərindən sonra ermənilər təmas xəttində C4ISR sistemi yerləşdirirlər.

İndi məlum olur ki, həmin sistemlərin pulunu hansı oliqarx verib.

C4ISR ABŞ-ın aparıcı hərbi sənaye korporasiyası Northrop Grumman tərəfindən işlənib hazırlanıb və istehsal edilir. Abbreviaturası komanda, idarəetmə, kommunikasiya, kompüterlər, kəşfiyyat, müşahidə və yenidən kəşfiyyat sözlərinin baş hərflərindən götürülüb.  (Command, Control, Communications, Computers, Intelligence, Surveillance and Reconnaissance) C4ISR gələcəyin döyüş sistemlərinə (Future Combat Systems) aiddir və müasir müharibələrdə qoşunların idarə edilməsi, videomüşahidə və kəşfiyyatın aparılması, koordinatların müəyyən edilib komanda məntəqəsinə ötürülməsi və komanda məntəqəsindən alınan əmrlərin qoşun hissələrinə ötürülməsi vəzifəsini yerinə yetirir.

Aprel döyüşlərindən əvvəl də ermənilər təmas xəttinin bəzi istiqamətlərində, o cümlədən Talış kəndi istiqamətində belə sistemlər yerləşdirmişdilər. Lakin həmin sistemlər ermənilərin müdafiə xəttinin Azərbaycan ordusu tərəfindən darmadağın olunmasına əngəl ola bilməmişdi.