vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
REGİON  
13:35 | 15 dekabr 2016 | Cümə axşamı Məqaləyə 1772 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Netanyahu Nazarbayevlə İrana mesaj göndərdi

«Həsən Ruhaniyə çatdır ki, biz dovşan yox, pələngik...»

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrailin baş naziri Benyamin Netanyahu Qazaxıstana səfəri zamanı prezident Nursultan Nazarbayevdən xahiş edib ki, bu müsəlman ölkəsinin prezidenti onun mesajını İran prezidentinə çatdırsın: «Bizi təhdid etməyin, biz dovşan deyilik, pələngik. Əgər Siz bizi təhdid etsəniz özünüzü təhlükəyə atmış olursunuz».

Virtualaz.org İsrail KİV-lərinə istinadən xəbər verir ki, Netanyahu bu mesajı Nazarbayevin istəyi ilə çatdırıb. Gələn həftə İran prezidenti Həsən Ruhani ilə görüşü nəzərdə tutulan Nazarbayev İsrail prezidentindən soruşub: «İran prezidentinə Sizin adınızdan nəyi çatdırmağımı istərdiniz?»

Benyamin Netanyahu isə həmin mesajı onun adından Ruhaniyə çatdırmağı xahiş edib.

Xəbər verildiyi kimi İsrail baş naziri dekabrın 13-də Bakıda işgüzar səfərdə olub, buradan Qazaxıstana gedib. Qazaxıstanda Netanyahunu çoxsaylı israilli biznesmenlər də müşaiyət edirdi.Netanyahu bu gün səhər səfərini başa vuraraq Astanadan İsrailə yola düşüb.