vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNEY  
13:20 | 3 yanvar 2017 | Çərşənbə axşamı Məqaləyə 1074 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mollaların model qorxusu

Təbrizdə modelləşdirmə işi ilə əlaqədar 6 nəfər həbs olunub

MÖVZU İLƏ ƏLAQƏLİ

Təbrizdə Teleqram kanallarında modelləşdirmə (modeling) işi ilə məğul olmaqda ittiham olunan 6 soydaşımız təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb.

Bu barədə Təbrizin prokuror müavini Əhməd Müvəqqəri jurnalistlərlə danışıqda məlumat verib.

«Sosial şəbəkələrdə qanun pozuntularının sayı getdikcə artıb. Bu hər kəsin həmin şəbəkələrə çox rahat şəkildə əl tapması ilə bağlıdır. Məsələn Teleqram vasitəsi ilə bütün istifadəçilərə dərhal yazı, film, şəkil və səs çatdırmaq mümkündür. Təbii ki, bu bəzi problemlərə yol açır. Ona görə də, Teleqram kanallarında modelləşdirmə işi ilə məşğul olan 4 qadın və 2 kişi yaxalanıb. Onlar müvəqqəti olaraq azadlığa buraxılıblar, lakin yenidən məsuliyyətə cəlb olunacaqlar» - deyə o qeyd edib.

Prokuror müavini tutulan Teleqram istifadəçilərinin dosyesi ilə bağlı əlavə edib ki, «bəzi şirkətlər və istehsal müəssisələri həmin şəxslərə müraciət edərək onlardan öz məhsullarının təbliğ etməsini istəyiblər. lakin biz həmin şəxsləri yaxalamağa nail olduq.

O həmçinin musiqi alətlərinin gizli şəkildə istehsalına qarşı keçirilən əməliyyata da işarə edib. «Musiqi sahəsində bəziləri lisenziya almadan, gizlicə islama zidd şeirlər deyir və mahnılar oxuyurlar. Bunların bir çoxu islam dininə qətiyyən uyğun gəlmir. Belə musiqilər üçün hətta gizlicə musiqi alətləri də düzəldilir. Biz bu istehsalçılardan 4-nü aşkar etmişik. Onların dosyesinə baxılır»- deyə prokuror müavini bildirib.

Qeyd edək ki, İran modelləşdirmə işini qərb mədəniyyəti ilə əlaqələndirir, bu səbəbdən ölkədə bir çox insan həmin ittihamla təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq  məhkəmə qarşısına çıxarılıb.