vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 9 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
GÜNEY  
14:40 | 5 yanvar 2017 | Cümə axşamı Məqaləyə 841 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İslahatçı sabiq deputatın bacısı həbs olunub

Leyla Həqiqətpur iki həftə əvvəl saxlanılsa da, ictimaiyyətə indi açıqlanıb

İranda islahat tərəfdarı olan, keçmiş deputat Fatimə Həqiqətpurun bacısı Leyla Həqiqətpur tutulub. Hadisə iki həftə əvvəl baş versə də, Leylanın anası Bənəfşə Xani bunu jurnalistlərə yenicə açıqlayıb.

Bənəfşə Xani bildirib ki, dəqiq hansı quruma bağlı olduqları bilinməyən təhlükəsizlik qüvvələri 17 gün əvvəl (azərin 29-da) axşam saatlarında qızı Leylanın evinə gəlib, onu naməlum istiqamətə aparıblar: «Təhlükəsizlik əməkdaşları qızımı aparmağa gələndə, o, evdə 12 yaşlı oğlu ilə tək olub. Evdə axtarış apardıqdan sonra evdə olan kompüter və mobil telefonlarını da özləri ilə aparıblar. Qızımın hansı orqan tərəfindən tutulduğu, hazırda harada saxlanıldığı və konkret nədə günahlandırdığı bilinmir.

Bu iki həftədə hansı məhkəməyə və ya digər dövlət qurumlarına müraciət etsək də, qızımın durumu haqda bizə hər hansı bir məlumat verilməyib. Sadəcə olaraq məsələni mediada işıqlandırmamağım üçün mənə boş vədlər verir, qızımı tez bir zamanda azadlığa buraxacaqlarını bildirirdilər. Leyla, həbsdə saxlanıldığı müddətdə yalnız iki-üç dəfə həyat yoldaşına zəng vurub, bir neçə saniyə onunla danışıb. Lakin durumu, harada saxlanıldığı haqda məlumat verə bilməyib.

Qızım, incəsənət tarixi ixtisası üzrə tələbədir. O, həm də Mədəni İrs Təşkilatında bir ekspert və araşdırmaçı kimi fəaliyyət göstərir. Onun niyə tutulduğu bilinmir. Elə buna görə də, mən üzümü media orqanlarına tutub, onlardan bu məsələni işıqlandırmağı, təhlükəsizlik və məhkəmə orqanlarını baş vermiş hadisəyə görə cavabdeh olmağa çağırmalarını xahiş edirəm. Mən həmçinin Leylanın tutulmasında əli olan məsul orqanlara, eləcə də ölkə prezidentinə və Məhkəmə Sistemi rəsmilərinə müraciət edərək qızımın dərhal azadlığa buraxılmasını tələb edirəm».

Qeyd edək ki, İranın 6-cı parlamentinin deputatı olan Fatimə Həqiqətpur, hazırda islahat tərəfdarı olan müstəqil bir siyasi fəal kimi ABŞ-da yaşayır və  Amerikanın məşhur Harvard Universitetində araşdırmaçı kimi fəaliyyət aparır.