vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
GÜNEY  
23:53 | 16 yanvar 2017 | Bazar ertəsi Məqaləyə 2156 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ərdəbilin sement zavodu bağlandı

İqtisadi böhran bölgənin ən iri müəssisələrindən birini vurdu

MÖVZU İLƏ ƏLAQƏLİ

Güney Azərbaycanda hökm sürən iqtisadi gərginlik və bazarın durğunluğu istehsal müəssisələrini ardıcıl sıradan çıxarır.

Son məlumata görə, Ərdəbil sement zavodunun (karxana) müdir-amili Adil Ruhi Ərdəbil valisinə məktub yazaraq zavodun bağlanmasını elan edib. O bölgədə sementə olan tələbatın azalması, zavodun qonşu vilayətlərin zavodları ilə rəqabət gücündə olmaması və anbarlarda 270 min ton sementin mövcud olduğunu qeyd edərək zavodun bağlanmaq məcburiyyətində qaldığını açıqlayıb.

Məktubda zavodun yanvarın 4-dən rəsmən bağlandığı, lakin mövcud sementin bazara çıxarılması üçün aylarca vaxta ehtiyac olduğu bildirilib.

Qeyd edək ki, Arta Ərdəbil Sement Şirkəti 1987-ci il iyunun 15-də təsis edilib, zavod bu müddətdə bölgədə inşaat sektorunun sementə olan tələbatını ödəməkdə böyük rol oynayıb.