vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
SOSİAL  
23:02 | 6 fevral 2017 | Bazar ertəsi Məqaləyə 2208 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yumurta ucuzlaşdı

«Qiymətləri bazar tənzimləyir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Paytaxt bazarlarında satılan yumurtanın qiymətində enmə müşahidə olunur. Strateq.az Xəzərxəbər.az-a istinadən xəbər verir ki, əvvəllər 18-20 qəpiyə satılan broyler yumurtası indi 13-15 qəpiyə təklif olunur.

Satıcıların da dediklərindən məlum olur ki, qiymət endirimini hər şirkət fərqli həyata keçirib. Yəni şirkətlərdən bəzisi 3 qəpik endirim etdiyi halda, bir qisim şirkətlərin istehsal etdiyi yumurta 5 qəpik ucuzlaşıb. Hətta bazarda 10 qəpiyə də yumurtaya rast gəlmək mümkündür. Bəs, bu fərq nədən yaranır?

Respublika Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyev deyir ki, qiymətləri bazar və şirkətlər özü tənzimləyir. Ona görə də fərqlərin olması normaldır. O ki qaldı ucuzlaşmanın səbəbinə, bu, istehsalın artması ilə əlaqədardır. Bayramqabağı tələbatın artması fonunda qiymətlərin əvvəlki səviyyəyə qayıtması da istisna olunmur.

Ucuzlaşma kənd yumurtasına da sirayət edib. Belə ki, bir neçə gün əvvəl 25 qəpiyə satılan kənd yumurtası indi 18 qəpikdən təklif olunur. Amma toyuq ətində ucuzlaşma qeydə alınmayıb.

Respublika Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyev deyir ki, hələlik toyuq ətində qiymət dəyişikliyi gözlənilmir.