vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 7 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
23:35 | 9 fevral 2017 | Cümə axşamı Məqaləyə 712 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Lavrova dedim ki, buyur, mən hazıram...»

Elmar Məmmədyarov: «Bizə təklif daxil olmayıb, ancaq görüşə prinsipial razılığımız var»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı Rusiya xarici işlər nazirinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə iştirak etməyə hazırdır. Lakin bu görüşün konkret müddəti ilə bağlı təklif hələ yoxdur.

Virtualaz.org xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov RİA Novosti agentliyinə müsahibəsində deyib.

«Bu ideya mən Moskvada olanda səsləndi. Sergey Viktoroviç (Lavrov) Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyi təklif etdi. Mən ona dedim ki, buyur, mən hazıram»-Məmmədyarov bildirib.

Bununla bağlı nazir deyib ki, görüşün təxmini vaxtı müzakirə olunmayıb. «Bu, qrafiklərin uzlaşdırılmasını tələb edir. Hələlik konkret vaxtla bağlı bizə təklif daxil olmayıb, ancaq görüşə prinsipial razılığımız var», - nazir deyib.

Xatırladaq ki, Məmmədyarov Moskvaya səfərinin yekunlarını şərh edərkən Lavrovla danışıqların nəticələrindən «optimist olmadığını» demişdi.