vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 7 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
23:37 | 9 fevral 2017 | Cümə axşamı Məqaləyə 661 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Həsən Ruhaninin minnəti darlıq etdi

«Qarabağ dağlarında toqquşmalar başlayanda...»

F.MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

İran prezidenti Həsən Ruhani bu gün Tehranda akreditə olunmuş xarici ölkə səfirləri qarşısında çıxışı zamanı ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı roluna toxunub.

Virtualaz.org İran prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, Həsən Ruhani Tehranın vaxtilə Qarabağda atəşkəsin əldə edilməsi üçün səylər göstərdiyini deyib. «O vaxtlar ki, İranın şimal sərhədləri yaxınlığında, Qarabağın yüksəliklərində Azərbaycanla Ermənistan arasında toqquşmalar baş verirdi, Tehran atəşkəsin dayandırılması və regionda sülhün yaranması üçün hər iki cəbhədə iştirakını təmin etmişdi», - Həsən Ruhani bildirib.

Virtualaz.org yaxın keçmişdə baş verənləri xatırladaraq qeyd edir ki, İranın Qarabağda atəşkəsin əldə edilməsində rolu həlledici olmayıb. Doğrudur, 1992-ci ildə Tehranda prezident Haşimi Rəfsəncaninin vasitəçiliyi ilə Ermənistan prezidenti Ter-Petrosyan və Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədov arasında atəşkəsə dair razılaşma imzalanıb. Lakin elə həmin gün erməni qüvvələri hücuma keçərək Şuşanı işğal etmişdi və nəticədə Tehranın münaqişədəki vasitəçilik roluna sarsıdıcı zərbə vurulmuşdu. Sonralar İran Ermənistanla Azərbaycan arasında vasitəçilik missiyasını üzərinə götürməyə hazır olduğu haqda dəfələrlə tərəflərə öz təkliflərini çatdırıb, ancaq həmin təşəbbüslər həmişə tərəddüdlə qarşılanıb.

Bununla belə İranın münaqişədəki rolu haqda danışarkən onun hərbi əməliyyatların Ermənistan üçün kritik dərəcədə ağır günlərində İrəvana təchizat dəstəyini yada salmaq olardı. Hansı ki, Ermənistan rəhbərliyi həmin ağır günlərdə İranın verdiyi bu dəstəyi həmişə minnətdarlıqla xatırlayır...