vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNEY  
16:58 | 14 fevral 2017 | Çərşənbə axşamı Məqaləyə 1602 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-ın «İran Federasiyası» layihəsi...

«Tramp İran Azərbaycanından «siqnallar» alır»

Stanislav TARASOV, REGNUM İA

MÖVZU İLƏ ƏLAQƏLİ

Haqqin.az Bakı portalı «Azərbaycan Milli Dirəniş Təşkilatı»nın (AMDT) mətbuat katibi Babək Çələbianlının «Alweeam» ərəb nəşrinə bildirdiyinə istinadən ABŞ prezidenti Donald Trampa müraciəti dərc edib. Bu başdan dəqiqləşdirək ki, AMDT 2006-cı ildə yaradılıb və İranda azərbaycanlıların öz müqəddəratlarını təyin etmək hüququnu məqsəd qismində bəyan edib. İranda bu qurumun mmeydana çıxması təsadüfi xarakter daşımayıb, çünki bir qədər öncə 2000-ci ildə ABŞ KİV-lərində İran kürdləri, bəluclar və İran azərbaycanlılarına muxtariyyət verilməyini nəzərdə tutan «İran Federasiyası» layihəsi ortalığa çıxmışdı.

İran kürdləri İrandan başqa İraq, Suriya və Türkiyəni əhatə edən Böyük Yaxın Şərq arealına daxildir. ABŞ prezidenti Donald Tramp administrasiyası hazırda kürdlərə açıq şəkildə dəstək verərəkən «kürd bumeranqı»nın İrana çevriləcəyini istisna etmək olmaz.

«Azad Bəlucistan» layihəsi var. O, kağız üzərində Əfqanıstan, Pakistan və İranın bəluc əhalisinin vahid dövlətdə birləşməsini nəzərdə tutur. Fakt üzrə İran Bəlucistanında durumun xaotikləşdirilməsinə yönəlib.

İran azərbaycanlılarına gəlincə, Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlı 2005-ci ildə ABŞ və Türkiyəyə səfər edərək Bakıda mətbuat konfransında məlumat verib ki, «İran ən yaxın 18 ayda federativ dövlətə çevriləcək, öz hökuməti, parlamenti və qvardiyası olan Güney Azərbaycan meydana çıxacaq». Çöhrəqanlı bu zaman hamını əmin edib ki, «Vaşinqtonda İranın bölünməsi deyil, demokratikləşdirilməsi üzrə plan mövcuddur».

Durumun incəliyi bundan ibarət idi ki, Azərbaycanda Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin prezidentliyi dönəmində Bakıda müstəqil Azərbaycanla Cənubi (İran) Azərbaycanın birləşməsi zərurəti yönündə səslər çıxıb. AMDT 2012-ci il dekabrın 12-də Güney Azərbaycandakı səkkiz əsas siyasi təşkilatla bərabər BMT baş katibi Pan Gi Muna Cənubi Azərbaycanın öz müqəddəratını təyin etmək üzrə referenduma dəstək xahişi ilə məktub göndərmişdi. Lakin İranın etnik muxtariyyətləşmək mövzusunun aktuallaşması həmişə xarici amillərə bağlı olub, indi isə vurğu Suriya-İran və Azərbaycan-İran qovşağına doğru yerini dəyişməyə başlayıb. 2012-ci ildə ABŞ-da konqresmen Dan Rorobaharın dövlət katibi Hillari Klintonun adına yazdığı məktub elan edilmişdi. Məktubda Cənubi Azərbaycanın İrandan qurtulması uğrunda mübarizəsinə dəstək vermək çağırışı ehtiva olunmuş və Azərbaycan Respublikası ilə birləşmək imkanı istisna edilməmişdi. Və budur, indi ABŞ-ın yeni prezidenti Tramp növbəti dəfə İranın ünvanına təhdidlə çıxış etməyə başlayarkən AMDT-nin Trampa formal olaraq ABŞ-ın yeni və yeddi ölkənin – İran, Yəmən, Somali, İraq, Liviya, Suriya və Sudan vətəndaşlarının Ştatlara gəlişini qadağan edən mühacirət siyasətinə bağlı olan müraciəti meydana çıxır.

«Sizə məlumat vermək istərdik ki, İran rejimi qüvvə və qəddarlıq vasitəsilə əzəli torpaqlarımızı işğal edib, – müraciətdə deyilir. – Biz, Güney Azərbaycan sakinləri bildiririk ki, Güney Azərbaycan İran deyil. Biz azadlıq və İran rejimindən, əsarətindən qəti şəkildə qurtulmaq uğrunda uzun illər ərzində dinc mübarizə aparmışıq. Cənubi Azərbaycanın bir çox fəalları son illərdə bununla bağlı doğma yerləri tərk edərək Avropa ölkələri və ABŞ-da sığınacaq axtarmağa məcbur olublar. Sizin yeddi ölkə vətəndaşının ABŞ-a gəlişinin yasaqlanması haqda sərəncamınız cənubi azərbaycanlıların fəaliyyətinə mənfi təsir edir. AMDT adından səmimi şəkildə Sizi Cənubi Azərbaycan xalqını İran loyalçılarının rejimindən ayırmağa çağırırıq. Cənubi Azərbaycan və Azərbaycan Milli Hərəkatı İranın şimali-qərbində geniş bir bölgəni tutur. Orada əsasən azərbaycanlılar yaşayır. Keçən bütün millik boyu İranı idarə edən hökmdarlar türk olublar.1925-ci ildə Azərbaycan Qacar sülaləsi devrilənədək bu cür olub, bundan sonra fars millətçiliyi üstünlük təşkil edib, ərəb xofu, antitürkçülük və aniislamçılıq çağdaş İran dövlətinin formalaşması üçün özül olub. Yeni hakimiyyət Azərbaycana məxsus hər şeyi silərək qeyri-fars mədəni-tarixi irsinin ləğvi siyasəti yeritməyə başladı. Biz qəti şəkildə əminik ki, Cənubi Azərbaycanda azərbaycanlıların öz müqəddəratını təyin etməsi üçün bütün şərtlər yerinə yetirilməlidir və öz müqəddəratını təyin etmək xalqımızın qanuni haqqıdır».

Bu müraciət İran KİV-lərində hiddət qasırğası doğurub. Lakin məsələ bunda deyil. Tutaq ki, ABŞ prezidenti Tramp AMDT müraciətinə səs vermək qərarına gələcək. Lakin Rusiya daxil olmaqla bir sıra dövlətlərdə  olduğu kimi İran pasportlarında da milli mənsubiyyət göstərilmirsə, bunu sırf texniki baxımdan necə etmək olar? Bu halda İrandakı etnik azərbaycanlıların qeydiyyatı səlahiyyəti verilməsi ilə AMDT-nin legitimləşdirilməsi zərurəti meydana çıxır ki, bu da İranın üç müasir əyalətini – Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərbaycanı və kürdlərin yaşadığı bölgələrə çıxışı olan Zəncan əyalətini qismən əhatə edən separatizmə təkan verəcək. Hadisələrin bu cür gedişi Tehran tərəfdən labüd şəkildə «İran millətçiliyi» dalğası törədəcək. Bu proseslər şiəlik ideologiyasının birləşdirici yönündə işləməsə, «fars eyniyyəti»nin sırınması uğrunda mübarizəyə dönüşə bilər. İranda hesab edirlər ki, İran azərbaycanlıları mənşəcə türk dilinə keçmiş xalis farsdır. Bu zaman işarə edilir ki, İran azərbaycanlıları antropoloji tipinə görə farslara bənzəyir və türklərlə ümumi heç nəyi yoxdur. Bu halda çoxmillətli İranda millətçi-vətənsevər, vətəndaş müharibəsi və İranın İraqa çevrilməsinə apara biləsi əhvali-ruhiyyənin qızışması qaçılmaz olacaq.

Bax, buna görə AMDT-nin ABŞ prezidentinə müraciəti və Bakı KİV-lərində görünməsi yeni bölgəsəl mümkün sarsıntıların ilkin şərtləri kimi qəbul edilir. Raket proqramı ilə bağlı Vaşinqtonun Tehrana təzyiqi Tramp administrasiyasının İrana münasibətdə inkişaf etdirdiyi qarşıdurma siyasətində heç də yeganə element olmaya bilər.

İran azərbaycanlılarına münasibətdə Bakının özü çətin ki, hansısa bir fəaliyyətdə olsun. Bu ona görə təhlükəlidir ki, ABŞ və müttəfiqləri İranda ciddi daxili münaqişə törətməyə nail olsa, hadisələr Azərbaycan ərazisinə də keçə bilər. Hətta bəzilərinə indi belə görünsə ki, təsvir edilən hadisələrin inkişaf ssenarisi ağlasığmaz görünür, hər şey ABŞ prezidenti Trampın bütövlükdə Yaxın Şərqdə və xüsusən də konkret olaraq İrana münasibətdə  hansı siyasət yürütməyindən asılı olacaq. MKİ-nin və ABŞ Dövlət Departamentinin keçmiş analitiki Pol Qoblun hesab etdiyi kimi, «heç nəyi istisna etmək olmaz». (strateq.az)