vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 1 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
OLAY  
18:40 | 16 fevral 2017 | Cümə axşamı Məqaləyə 2393 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əllərində çiçəklər...

Ziya Məmmədova bir dəstə gül verib yola saldılar

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat Nazirliyi ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar nazirliyinə birləşdirildi.

Sərəncam Azərbaycanda dövlət idarəetmə strukturunu təkmilləşdirmək, habelə nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində dövlət siyasətini və tənzimlənməsini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və səmərəliliyi artırmaq məqsədilə imzalanıb.

Artıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ləğv edilən nazirliyin inzibati binasına gəlib və orada nəqliyyat işçiləri ilə görüşüb.

Görüşdə sabiq nazir Ziya Məmmədov da iştirak edib.

Ramin Quluzadə yeni nazir kimi nəqliyyat işçilərinin qarşısına çıxıb və onlara gələcəkdə görüləcək işlər barədə məlumat verib.

Ziya Məmmədov alqışlarla yola salınıb.

Ramin Quluzadə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında ciddi götərişlər verib. O, Xidmətin rəisi Elnur Abdullayevi də vəzifəsində saxlayıb. (unikal.org)