vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNEY  
00:40 | 2 mart 2017 | Cümə axşamı Məqaləyə 1298 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Demoqrafik vəziyyətin gərginləşir»

«Qəzvində istehsal müəssisələrinin problemləri soydaşlarımızı fars vilayətlərinə məcbur edir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Qəzvin valisinin iqtisadi İşlər üzrə müavini təmsil etdiyi vilayətdə istehsal müəssisələrinin müxtəlif problemlərlə üz-üzə qaldığını deyib.

Bu barədə Mənuçehr Həbibi fevralın 28-də Qəzvin Vilayətində istehsala mane olan amillər və onların aradan qaldırılması üzrə mərkəzin işçi qrupunun keçirdiyi iclasda danışıb.

«Qəzvin Vilayətində istehsal müəssisələrinin problemləri sadəcə likvidlik (nəqdinəgi) və dövriyyədə olan sərmayə ilə bağlı deyil. Bunun müxtəlif səbəbləri var və hər bir istehsal müəssisəsi haqda ayrıca araşdırılma aparmaq lazımdır. Yalnız bu şəkildə problemləri aradan qaldırmaq üçün hansısa proqramdan danışmaq mümkündür»- deyə o bildirib.

Vali müavini bu istiqamətdə səlahiyyətli orqanların koordinasiyalı şəklində hərəkət etməsinin vacib olduğunu da diqqətə çatdırıb. «İstehsal müəssisələrində vəziyyəti dəyişmək üçün icra orqanları bir-birləri ilə və həmçinin banklarla əlaqədə olmalı və istehsal sahəsində olan problemləri aradan qaldırmağa birgə çalışmalıdılar. Biz bu istiqamətdə səylərimizi birləşdirib və qanun çərçivəsində bütün imkanlardan istifadə edərək ciddi tədbirlər almalıyıq»- deyə M.Həbibi əlavə edib.

Qeyd edək ki, son illərdə Güney Azərbaycanın müxtəlif vilayətlərində sənaye və istehsal müəssisələrinin bağlanması və işçilərin ixtisarı faktları çoxalıb. Bu, bölgədə mövcud iqtisadi vəziyyət və bazardakı durğunluqla bağlıdır. Hökumət isə yalnız öz tabeçiliyində olan istehsal müəssisələrinə dəstək verməklə özəl müəssisələrin vəziyyətini daha da ağırlaşdırır. Azərbaycan şəhərlərində İqtisadi vəziyyətin ildən ilə tənəzzülü nəticəsində çoxlu soydaşımız iş tapmaq məqsədilə İranın fars vilayətlərinə köçür. Bu isə Azərbaycanda demoqrafik vəziyyətin dəyişməsinə gətirib çıxarır.