vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
QARABAĞ  
10:00 | 2 mart 2017 | Cümə axşamı Məqaləyə 1092 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Düşmən qərargahı darmadağın oldu

Kəşfiyyatçılarımızın qisası qismən alındı - Xocavənddə ermənilərə zərbə

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD VİDEO

  • Romb şəkilli zərbə

Martın 1-i axşam saatlarında işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına qoşunlarımız tərəfindən atəşlə cavab zərbəsi endirilib.

Müdafiə Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, qeydə alınan videogörüntüdə qərargah qarşısındakı hərbi nəqliyyat vasitələrinin və şəxsi heyətin məhv edilməsinin aydın görünməsinə baxmayaraq erməni tərəfi onlarla itkisinin sayını inadla gizlətməyə çalışır.

Bütün cəbhəboyu əməliyyat şəraitinə qoşunlarımız tam nəzarət edir.

Xatırladaq ki, fevralın 24-dən 25-nə keçən gecə Xocavənd istiqamətində Azərbaycan ordusunun kəşfyyat qrupunun 5 döyüşçüsü həlak olub, həmin döyüşlərdə yaralanan daha bir hərbçi iki gün sonra keçinib.

Qondarma »dqr müdafiə nazirliyi» ötən gün bildirib ki, Azərbaycan ordusunun artilleriya zərbəsi nəticəsində 1980-ci il təvəllüdlü hərbçi həlak olub. Belə görünür ki, söhbət bu kadrlarda əks olunan artilleriya zərbəsindən gedir.