vaxtlı-vaxtında oxuyun! Bazar, 28 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
AKTUAL  
12:52 | 4 mart 2017 | Şənbə Məqaləyə 2495 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tillerson Nalbəndyanla nə danışıb?

Elxan Şahinoğlu: «Hansı razılıqdan söhbət gedir?»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın dövlət katibi Reks Tillerson və Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan arasında telefon danışığı olub. «İnterfaks» xəbər verir ki, bu barədə Ermənistan XİN-in məlumatında deyilir. Məlumata görə, tərəflər münaqişənin sülh yolu ilə nizamlanması üzrə fikir mübadiləsi aparıblar.

«Söhbət zamanı Vyanada və Sankt-Peterburqda tərəflər arasında əldə edilən razılaşmaların yerinə yetirilməsinin zəruriliyi vurğulanıb. Dövlət katibi ABŞ-ın münaqişənin sülh yolu ilə həllinə fəal köməyini davam etdirəcəyini bildirib», – məlumatda deyilir. (APA)

VAXT.AZ xəbər verir ki, «Atlas» Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu sözügedən telefon danışığında münasibət bildirib: «ABŞ dövlət katibi Reks Tillerson Bakıya nə zaman zəng edəcək? O, Bakıdan əvvəl İrəvana zəng edərək erməni həmkarı Edvard Nalbandyanla Dağlıq Qarabağ münaqişəsiylə bağlı fikir mübadiləsi aparıb. Erməni saytlarının yazdığı məlumata görə, söhbət zamanı Vyanada və Sankt-Peterburqda tərəflər arasında əldə edilən razılaşmaların yerinə yetirilməsinin zəruriliyi vurğulanıb. Dövlət katibi ABŞ-ın münaqişənin sülh yolu ilə həllinə fəal köməyini davam etdirəcəyini bildirib».

Politoq ABŞ dövlət katibinin bəhs etdiyi razılığın nədən ibarət olduğunun anlaşılmazlığını qeyd edib: «Birincisi, Reks Tillersonun iddia etdiyi kimi tərəflər Vyanada və Sank-Peterburqda hər hansı razılığa gəlməyiblər. Məgər Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağa hazırdır ki, İrəvanla Bakı arasında razılaşma olsun? Razılıq varsa, atəşkəs niyə daima pozulur? İkincisi də Sankt-Peterbuqdakı görüş Rusiyanın maraqlarına cavab verirdi. Rusiyanın maraqlarının qorunmasının Vaşinqtona nə dəxli var, yoxsa Tramp Qarabağ məsələsində də Putinlə yaxınlaşmaq istəyir? Görək indi Tillerson azərbaycanlı həmkarı Elmar Məmmədyarovla nə zaman danışacaq? Yaxın müddətdə belə bir zəng olmasa Vaşinqtonun münaqişənin həllinə baxışında tərəfsizliyinə kölgə düşəcək».