vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
AMERİKA  
21:57 | 5 mart 2017 | Bazar Məqaləyə 2297 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Defolt olacaqmı...

Neft ölkəsi uçurumun bir addımlığında

Hazırladı: F.MƏMMƏDOVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Ucdantutma qıtlıq, kilometrlərlə uzanan növbə, yüzlərlə, hətta minlərlə faizə çatan inflyasiya, permanent siyasi böhran-bütün bunlar neftlə zəngin, bir vaxtlar Latın Amerikasının ən çiçəklənən, firəvan ölkəsi sayılan Venesuelanın güzəranıdır. Tezliklə hakimiyyətdə olan solçu hökumətin bu «nailiyyətlərinnə» defolt də əlavə edilə bilər. Çünki Mərkəzi Bankın qızıl-valyuta ehtiyatları sürətlə əriyir, son beş ildə üç dəfədən çox azalıb.

2011-c ildə, Uqo Çavesin dövründə Venesuelanın qızıl-valyuta ehtiyatları 30 milyard dolları keçirdi. Hərçənd o vaxtdan ölkənin iqtisadi problemləri dərinləşməkdəydi, ancaq neftin yüksək qiyməti sayəsində hər şey qismən yaxşı idi. O vaxtlar neftin barreli 100 dollardan baha satılırdı. Yeri gəlmişkən, qızıl-valyuta ehtiyatları ondan da əvvəl azalmağa başlamışdı. 2013-cü ildə Venesuelanın cəmi 20 milyard dollar ehtiyatı qalmışdı. Çavesdən sonra hakimiyyətə gələn avtobus şoferi Nikolas Maduronun istiqsadi siyasəti ona gətirib çıxardı ki, hətta neftin baha olduğu vaxtlarda da da dövlət maliyyə qıtlığı çəkməyə başlamışdı. Neftin üç dəfəyə yaxın ucuzlaşması və dövlət neft şirkəti PdVSA-nın da gəlirlərinin kəskin azalması nəticəsində artıq əriyən ehtiyatların yerini doldurmaqdan söhbət gedə bilməzdi.

Əslində Venesuelanın dövlət borcu elə də böyük deyil. Dövlət neft şirkəti PdVSA-nın borcu dövlət borcundan daha çoxdur. Bu şirkət on illiklər ərzində pis idarəçilyin nəticəsi olaraq ehtiyata vəsait yığıb saxlamayıb. Dünyada ən böyük neft ehtiyatlarından birinə malik lan Venesuelada hasilatın rentabelliyi qismən aşağıdır. Və bunun səbəbi təkcə hasilatın şərtlərinə görə maya dəyərinin artmasında deyil. Məsələ ondadır ki, dövlət cari problemlərin həlli üçün PdVSA-dan həmişə «sağmal inək» kimi istifadə edib, bütün mümkün və qeyri-mümkün xərcləri bu şirkətin üzərinə yükləməyə çalışıb. Şübhəsiz ki, dövllət neft şirkətinin borc içində üzməsinə görə məsuliyyəti həm də dövlət daşıdığından bbu şirkətin xarici borcları da dövlət borcu sayılır.

Ədalət naminə qeyd etmək lazımdır ki, bütün çətinliklərə baxmayaraq Venesuela son vaxtlara qədər dövlət borcunu intizamla ödəyirdi. Yalnız 2016-cı ilin noyabrında Karakas kreditorlardan xahiş etdi ki, istiqrazlara görə ödənişləri bir ay təxirə salmağa icazə versinlər. Bu da texniki xarakter daşıyırdı. Hökumət ixracı kəskin azaltdı, milli valyutanı çökdürdü, malların qıtlığına imkan verdi, cinayətkarlığın baş alıb getməsinə göz yumdu-ancaq xaricdən aldığı borcları vaxtlı-vaxtında qaytardı.

Hazırda Venesuelanın ödənilməmiş xarici borcu 71 milyard dollardır. Onlardan 10 milyard dolları 2017-ci ildə qaytarılmalıdır. (3.4 milyar dollarını dövlət, 6.6 milyard dollarını PdVSA) Ödənişlərin pik vaxtı apreldədir.

Hər şey ondan asılı olacaq ki, bu il ölkənin tədiyyə balansı necə formalaşacaq. 2015-ci ilin ortalarından bu yana rəsmi ticarət statistikası dərc olunmur. Bu səbəbdən təxmini rəqəmlərlə kifayətlənmək lazım gəlir. «Nomura» investisiya bankının analitiklərinin hesablamalarına görə neftin barreli orta hesabla 46 dollar olsa tədiyyə balansında kəsir yaranmayacaq. Yəni prinsipcə Venesuela bu il qaytarmalı olduğu borclarını ödəmək üçün pul tapacaq. Venesuelanın xarici borcların ödənilməsinə həssas münasibətini nəzərə alan analitiklər ölkənin bu il defoltdan qaça biləcəyini təxmin edirlər.

Lakin söhbət Venesueladan gedirsə hər şey ola bilər. Ölkə qasırğanın lap ortasındadır. Beynəlxalq Valyuta Fondu proqnozlaşdırır ki, bu il ölkıdə inflyasiya 1660 faiz olacaq, gələn isə 3000 faizə yaxınlaşacaq. Doğrudur, «Torino Cappital» beyin mərkəzi hesab edir ki, vəziyyət elə də pis deyil, Venesuelada minlərlə faizlə ölçülən hiperinflyasiya deyil, ildə cəmi 400 faizlik inflyasiya olacaq. Ancaq bunu necə hesablayasan, bir halda ki, dövlət qiymətlərin artımına dair rəsmi statistikanı dərc etmir.

İnflyasiya, idxalın məhdudlaşması və qıtlıq ölkədə kritik vəziyyət yaradıb. Ən xırda səbəbdən ölkədə tammiqyaslı siyasi qarşıdurma yarana bilər, üstəlik ordunun iştirakı ilə Bu halda borcların ödənilməsi uzun müddət mümkün olmayacaq. İstisna deyil ki, çarəsiz durumda olan hökumət vəziyyətdən çıxış yolu görməyib özü defolt elan etsin. Lakin iqtisadiyyatın indiki vəziyyətində hətta dəhşətli son da sonsuz dəhşətin qarşısını ala bilməyəcək, əgər hökumət total iqtisadi liberallaşma elan etməsə. Senyor Maduronun isə bolivar sosialist prinsiplərinə sadiq qaldığı bir vaxtda bu mümkün deyil.

Belə olan halda yeganə şans neftin bahalaşmasından yarana bilər. Əgər barrelin 46 dollar olduğu bir vaxtda Venesuela müsbət tədiyyə balansını saxlaya bilirsə qiymət tutaq ki, 66 dollara qalxa ölkə borclarını vaxtında ödəyə bilər, üstəlik idxalı genişləndirib mağazaları malla doldura və qiymətləri aşağı sala bilərdi.

Əbəs yerə deyil ki, OPEC ölkələrindən Venesuela neftin qiymətinin aşağı olmasından daha çox narahat idi və hasilatın azaldılması üçün hamıdan çox can atırdı. Lakin İraq, İran, Anqola, Səudiyyə Ərəbistanı bütün çətinliklərə baxmayaraq neftin ucuzlaşmasını Venesuela kimi fəlakət hesab etmir. Rusiya ümumiyyətlə neftin barrelinin 40 dollar olmasını pis hesab etmir, ona görə də neft bazarının oyunçuları Venesuelanı xilas etmək üçün hansısa riskli addımlara getməyəcəklər.

Regionun qonşu ölkələri-Argentina və Braziliyada sağların hakimiyyətdə olduğunu nəzərə alanda Nikolas Maduro qonşuların da köməyinə arxalana bilməz. Yerdə qalır Çin, o da Venesuelaya verdiyi 5 milyard dollar borcun ödənilməsini təxirə salmağa razılaşıb.Əlbətdə, Pekin bunun əvəzində hansısa bonuslar əldə etmək istərdi, ancaq Venesuela da o hayda deyil ki, müstəqillik nümayiş etdirsin. (lenta.ru)