vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
AMERİKA  
16:03 | 7 mart 2017 | Çərşənbə axşamı Məqaləyə 2123 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qoca kişidir, təhqir etmək istəmirəm…»

Nazir qonşu ölkənin prezidentini «it», «əl tulası» adlandırıb dedi

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Guardian» yazır ki, Venesuelanın solçu hökumətinin nazirlərindən biri qonşu Perunun prezidenti Pedro Pablo Kuczinskini Birləşmiş Ştatlara xidmət edən «qorxaq it» adlandırıb. 78 yaşlı keçmiş «Wall Street» bankiri Kuczinski Peruda keçirilən prezident seçkisində ötən il qalib gəlib və o vaxtdan bəri Venesuelanın mərhum lideri Uqo Çavesin adını daşıyan çavizm hərəkatını kəskin tənqid edir.

O, Nicolas Maduro hökumətini xüsusilə özünün ABŞ-da etdiyi son çıxışlarından biri ilə qəzəbləndirib. Kuczinski həmin çıxışında demişdi ki, Latın Amerikası ümumilikdə özünü «yaxşı təlim görmüş it kimi aparır», amma təkcə Maduronun Venesuela hökuməti «problem» olaraq qalır.

Prezident Maduro Peru prezidentindən dərhal üzr istəməsini tələb etmişdi. Bundan sonra Maduronun hiddətli xarici işlər naziri Delsi Rodriqez, Çavesə həsr olunmuş tədbirlərdən birində Peru başçısının «cavabını» verib. «Qoca kişidir, təhqir etmək istəmirəm, amma o ortalıqda əl tulası kimi vurnuxur və imperiyanın qarşısında quyruq bulayaraq onu Venesuelaya müdaxilə etməyə çağırır. Bu başdan xarab adama heç fikir verən də yoxdur» - deyib nazir.

Rodriqez Peru liderini həmçinin Çavesin xatirəsini Kolumbiyada keçirilən tədbirdə təhqir etməkdə günahlandırıb. «Mən qalxıb ona demişəm. Burda da deyirəm: Bura bax, cənab Kuczinski, sən qorxağın biri qorxaq, bizim komandanımız Uqo Çavesin xatirəsini nə cəsarətlə təhqir edirsən?»

Bunun ardınca Peru hökuməti Venesuelanın «təhqiramiz» şərhlərini rədd edib və bildirib ki, rəsmi etiraz notası verəcək. Perunun xarici işlər naziri Rikardo Luna konqres qarşısında etdiyi çıxışda deyib ki, onun venesuelalı həmkarının dedikləri qeyri-məqbuldur.

Nazir habelə prezident Kuczinskinin bənzətməsini müdafiə edərək deyib ki, prezident «bütün savadlı adamların çevrəsində işlədilən metafordan» istifadə edib və heç kimi təhqir etmək fikri olmayıb. «The Guardian» yazır ki, hazırda Braziliya və Argentinanın sağ təmayüllü hökumətləri ilə yola getməyən solçu Venesuela Latın Amerikasında təklənib və Boliviya, Kuba, Ekvador və Nikaraqua kimi ölkələrə üz tutub. (BBC)