vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
KRİMİNAL, CİNAYƏT  
09:30 | 7 noyabr 2013 | Cümə axşamı Məqaləyə 3369 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dünyanın ən təhlükəli hakerlərinin adları açıqlandı

Siyahıya rusiyalı Aleksey Belan başçılıq edir

anspress.com

MÖVZU İLƏ ƏLAQƏLİ

Amerika Federal Təhqiqatlar Bürosu ən təhlükəli kibercinayətkarların adlarını açıqlayıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, axtarışda olan ən təhlükəli hakerlər siyahısına rusiyalı Aleksey Belan başçılıq edir. O, “Abırvalq”, “Fedyunya”, “Maq”, “M4G” ləqəbləri ilə məşhurdur. 26 yaşlı hakerin tutulması üçün ABŞ Federal Təhqiqatlar Bürosu 100 min dollar mükafat təklif edir.

Aleksey Belan 2012-ci ilin aprelindən 2013-cü ilə kimi bazası Nevade və Kaliforniyada olan üç nəhəng internet-mağazanı, onlara aid məlumatları və parolları sındırıb. 
Amerikalı hakimlər Belanın həbsi üçün 2012-ci ilin sentyabrında və 2013-cü ilin iyununda iki order veriblər. Haker gizli məlumatların öyrənilməsi və şəxsi məlumatların oğurluğunda ittiham olunur. Onun haqqında məlumatda bildirilir ki, Belan Rusiya vətəndaşıdır və Rusiya pasportunu daşıyır. Rusca danışan bu şəxs Rusiya, Yunanıstan, Latviya, Maldiv və Tailandda gizlənə bilər. 
Belandan başqa ən təhlükəli hakerlər siyahısına Rusiyadan daha üç nəfər düşüb. Onların arasında Artem Semyonov da var. O, kiberdəstə yaratmaqda ittiham olunur. Bu dəstə Amerika banklarından 3 milyon dollar oğurlamaqda şübhəli bilinir. Onun yerini göstərən şəxsə 50 min dollar mükafat təklif olunur. 
Digər rus haker Aleksandr Bobnevdir. O, 2013-cü ildə 350 min dollar pulu ABŞ bank hesablarından çıxarıb. Dördüncü hakerin isə Andrey Taame olduğu bildirilir. Onun yaydığı virus dünyanın müxtəlif ölkələrində 4 milyon kompüteri sıradan çıxarıb.