
Tramp Zelenski ilə anlaşdı
Putinlə məyusedici görüşdən sonra ABŞ prezidenti Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməkdə razıdır
Putinlə məyusedici görüşdən sonra ABŞ prezidenti Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməkdə razıdır
“Tikintidə işləyəcəyini düşünüb Rusiyaya gələn kubalılar müharibəyə göndərilir”
... Yaxud Azərbaycanın “biz də qazyerişi yeritməyi bacarırıq” cavabı
Çıxış yolu imperial təkəbbürdən imtina edib bərabərhüquqlu dialoqa keçməkdir
“Çoxlu suallar var, amma cavab yoxdur”
Yaxud rusiyalı politoloqların gerçək siması...
İki ölkənin kəşfiyyat strukturları əllərində fakt olduğunu iddia edir
Rusiyalı naziri Lavrov ABŞ-ı təbrik edib
Neftə tavan qiymət, “Oreşnik” istehsalına sanksiyalar gözlənilir
“Transneft” şirkətinin vitse-prezidenti pəncərədən yıxıldı?!
Ötən il bu vaxt terrorçu siyahısında idi
Rusiya HHQ həyəcan vəziyyətindədir, vurulan bombardmançıların yeri dolmur
Rus dilində təhsil Azərbaycan dövlətinin təqdim etdiyi seçimdir
Ukrayna ordusu Rusiya ordusunun generalını dəqiq zərbə ilə vurub
Rus dilli məktəblər Putin Rusiyasının əlində hücum bəhanəsinə çevrilib
13 saatlıq saat qurşağı olan ərazisində dünyadakı bütün kimyəvi elementlər var, amma ...
Rusiyanın Peterburq şəhərində İstintaq Komitəsinin Kalininqrad regional idarəsinin rəhbəri, general Viktor Ledenovdan hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən baş redaktorun məhkəməsi gedir.
Məhkəmədə dəlil kimi Federal Təhlükəsizlik Xidmətinin apardığı gizli audio-video çəkilişlər də təqdim olunub. “Kommersant”ın yazdığına görə xüsusi xidmət orqanları baş redaktoru ifşa etmək üçün gizli kameraları generalın kabinetindəki gül qabında və onun qalstukunda yerləşdirblər.
İstintaqın versiyasına görə Kalininqrad vilayət dumasının deputatı İqor Rudnikovun baş redaktoru olduğu “Novıe koleso” qəzeti Ledenevin barəsində ifşaedici məqalə yazıb. Həmin məqalədə generalın dəbdəbəli malikanədə yaşadığı göstərilirdi. General isə bu məqaləni onun və istintaq idarəsinin nüfuzuna zərbə kimi qiymətləndirib, jurnalistdən şikayət edib.
Bildirilir ki, 2017-ci ilin avqustunda , həmin məqalənin dərcindən sonra Rudnikov tanışından generalın yazılanlardan bərk narazı olduğunu eşidib. Bundan sonra baş redaktorda belə niyyət yaranıb ki, ifşaedici məqalələri davam etdirməklə hədələyərək Ledenevdən 50 min dollar qoparsın.
Baş redaktorun tanışı bu işdə vasitəçilik edir və generala həmin tələbi çatdırır. Həmin ilin noyabrında Kalininqrad kafelərindən birində general baş redaktorun köməkçisinə xüsusi hazırlanmış pulları verir. Həmin gün FTX əməkdaşları Rudnikovu tutublar. Həbs olunarkən onu xüsusi qəddarlıqla döyüblər, əlini sındırıblar və dindirməyə alt paltarında gətiriblər.
Məhkəmədə araşdırılan gizli audio-video yazılarda isə baş redaktorun generaldan pul tələb etməsi təsdiqlənmir. Belə ki, Rudnikov generalın qəbuluna gedərək məruz qaldığı hücumla bağlı işin sui-qəsd kimi qiymətləndirilməsini istəyir. Bildirir ki, əvəzində Ledenevdən tənqidi yazmayacaq. Ledenev isə prokurorluğa jurnalistə qəsd işinə yenidən baxılması üçün məktub göndərməyə razılaşır, eyni zamanda ona 50 min dollar ötürməyə çalışır.
Generalın qalstukunda yerləşdirilmiş gizli kameranın çəkdiyi görüntülərə əsasən Ledenev təqvim vərəqində “50 min” yazır, sonra altında pul paçkası olan vərəqi qaldırır. “Götür, mənim kabinetimdə rahat ola bilərsən. Burada mənim təhlükəsizliyim yoxlanılır”, - general Rudnikovu pulu götürməyə inandırmağa çalışır. Amma Rudnikov kabinetdə pulu götürmür.
Rudnikov hədə-qorxu ilə pul tələb etməsini inkar edir, bildirir ki, generaldan ancaq onun işinə yenidən baxılmasını xahiş etmişdi. (Virtualaz.org)