vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
MEDİA-QHT  
19:00 | 16 mart 2017 | Cümə axşamı Məqaləyə 2295 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nurəddin Heydərliyə böyük etimad

«Azərbaycan müəllimi» qəzetinin baş redaktoru dəyişib

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı Mühəndislik Universitetində yeni kadr təyinatı olub. Bakı Mühəndislik Universitetindən APA-ya verilən xəbərə görə, «Azərbaycan müəllimi» qəzetinin baş redaktoru Bayram Hüseynzadə Bakı Mühəndislik Universitetinə prorektor təyin edilib. B.Hüseynzadənin prorektor təyinatı ilə bağlı əmr martın 15-də imzalanıb. O, humanitar məsələlərə nəzarət edəcək.

Keçmiş Qafqaz Universitetinin prorektoru Həmidağa Orucov yenidən tədris işləri üzrə prorektor vəzifəsini icra edəcək.

Ali məktəbin digər prorektoru Havar Məmmədov isə müvəqqəti olaraq rektor səlahiyyətlərini icra edir.

Təhsil Nazirliyi yanında Təhsilə İctimai Dəstək layihəsinin rəhbəri, jurnalist Nurəddin Heydərov isə «Azərbaycan müəllimi» qəzetinə baş redaktor təyin olunub.

Xatırladaq ki, N.Heydərov bu təyinatdan əvvəl, «Kaspi» qəzetinin baş redaktoru, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mətbuat katibi vəzifələrində çalışıb.