vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
23:29 | 20 mart 2017 | Bazar ertəsi Məqaləyə 1911 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azərbaycanla oturub razılığa gələcəyik»

Ermənistanın baş naziri oyun qaydalarından danışdı

MÖVZU İLƏ ƏLAQƏLİ

«İstisna etmirəm ki, bir müddət sonra biz Azərbaycanla oturub oyun qaydaları barədə razılığa gələcəyik. Bu o demək deyil ki, dostlaşacağıq, lakin o deməkdir ki, qonşuluqda, eyni ərazidə birgə necə yaşayacağımız barədə razılığa gələcəyik», - bunu Ermənistanın baş naziri Karen Karapetyan yaşlı bir seçicinin Türkiyə və Azərbaycanla sülh və mehriban qonşuluğu necə təsəvvür etməsi barədə sualına cavab olaraq deyib.

Virtualaz.org «Ermənistan xəbərləri»nə istinadən bildirir ki, Ermənistan baş nazirinin sölərinə görə, buna baxmayaraq, ölkənin indiki hakimiyyəti Qarabağ məsələsində erməni müxalifətinə nisbətən daha möhkəmdir.

«Vətəndaşlarımız bizi müxtəlif məsələlərdə tənqid edə bilərlər, lakin Qarabağ məsələsində biz daha möhkəmik, çünki Qarabağın öz taleyini müəyyənləşdirməsinə və təmas xəttinə öz şərəfimiz, heysiyyətimiz və identikliyimiz məsələsi kimi yanaşırıq», - K.Karapetyan deyib.