vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
11:06 | 28 mart 2017 | Çərşənbə axşamı Məqaləyə 883 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Deputat Paşinyan Sərkisyanı ələ saldı

«İsgəndər»lər, «xoda getməyən» tanklar və «Rekord» televizoru...

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan prezidenti Serj Sərkisyanın ötən bazar günü Dağlıq Qarabağda çıxışı zamanı Azərbaycanı «İsgəndər» raketləri ilə hədələməsinə elə onun öz ölkəsində istehza ediblər. Müxalif deputat, «Çıxış» blokunun liderlərindən biri Nikol Paşinyan Sərkisyanın özünü Emənistanın təhlükəsizliyinə əsas təhdid adlandırıb, onun «İsgəndər» raketi ilə hədələməsini 80-ci illərin «Rekord» televizoronu «Panasonic»in pultu ilə işə salmaq cəhdi ilə müqayisə edib.

Sərkisyan çıxışında ad çəkmədən Paşinyana da eyham vurmuşdu və aprelin 2-nə təyin olunmuş seçkilərdə «evlərin həyətlərində, avtoqarajların damında hoppanıb bacardıqda yüksəkdən qışqıranları yox, xalqın mövcudluğunu qoruyanları» seçmək lazım olduğunu demişdi.

Paşinyan isə Sərkisyandan sonra Vanadzorda seçicilərlə görüşündə deyib ki, xalqı bu uçurumdan çıxarmaq üçün onlar evlərin damında tullanmağa da hazırdırlar. «O bizə deyir ki, bizim dama qalxmağımız xoşuna gəlmir. Lakin bağışlayın mən, bu gün Respublika partiyası elə adamların namizədliyini irəli verib ki, 10 il deputat olduqları vaxtda dama yox, heç tribunaya da qalxmayıblar. O zaman bu adamları təzədən niyə deputatlığa namizəd irəli sürmüşünüz?» - Paşinyan deyib.

Sərkisyanın hakim partiyanı Ermənistanın təhlükəsizliyinin təminati adlandırması və ali baş komandan kimi «lazım gəlsə gözünü belə qırpmadan» Azərbaycana qarşı «İsgəndər» raketlərini tətbiq edəcəyi haqda dediklərinə cavab olaraq Paşinyan deyib ki, hazırda Sərkisyanın özü Ermənistan üçün ən başlıca təhdiddir.

«İsgəndər» raketləri nə qədər müasir texnika olsa da o, ötən əsrin 80-ci illərinin «xoda getməyən» tankları ilə birlikdə vahid təhlükəsizlik sistemi ola bilməz. Bu, ona bənzəyir ki, kimsə 80-ci illərin sovet televizoru «Rekord»u «Panasonic»in məsafədən idarə etmə pultu ilə işə salmağa çalışır. Serj Sərkisyan Ermənistanın milli təhlükəsizliyini iflasa uğradıb və xalq onun təhlükəsizlik sahəsində xidmətlərindən imtina etməlidir», - müxalif deputat bildirib.