vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
GÜNEY  
23:11 | 23 aprel 2017 | Bazar Məqaləyə 1973 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əbuləziz Əzimi Qədimdən xəbər var

İranın Ermənistana göstərdiyi yardımlara etiraz edən din xadimi Evin zindanında saxlanılır

MÖVZU İLƏ ƏLAQƏLİ

Uzun müddətdir Tehranda müvəqqəti həbsdə saxlanılan azərbaycanlı milli-mədəni fəal, din xadimi Əbduləziz Əzimi Qədim haqda yeni xəbər yayılıb. Son məlumata görə, azərbaycanlı fəal Evin zindanının 209-cu korpusundan həbsxananın ümumi korpusuna köçürülüb. Fəal bu barədə ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq məlumat verib.

O həmçinin parlamentdə Türk Bölgələri fraksiyasının yaradılmasına dəstək vermək, «Aqillik, təhlil və əməl» Teleqram kanalında müarifləndirmə işləri ilə məşğul olmaq və İranın kanal 2 televiziyasında yayımlanan məlum təhqiramiz «Fitilə» verilişinə etiraz etmək kimi ittihamlarla üzləşdiyini bildirib.

Ötən günlərdə Ruhanilərə Məxsus Məhkəmə fəalın müvəqqəti azadlığa buraxılması üçün 500 milyon tümənlik mülki vəsiqə tələb edib, lakin fəalın ailəsi təyin edilmiş vəsiqəni təmin etmək imkanına malik deyil.

Əbduləziz Əzimi Qədim təxminən 4 aydır Tehranın Evin zindanında müvəqqəti olaraq saxlanılır.

Fəalın həyhat yoldaşı və qızı 61 gün saxlandıqdan sonra onunla martın 9-da həbsxanada görüşüblər.

Fəal 2017-ci il yanvarın 7-də digər azərbaycanlı fəal Əli Baqiri ilə birlikdə, Ə.Baqirinin Tehrandakı evində mülki geyimli məmurlar tərəfindən yaxalanaraq Evin zindanına aparılıb.

Din xadimi ilə birlikdə yaxalanan Ə.Baqiri isə martın 12-də 200 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Adını çəkdiyimiz azərbaycanlı milli-mədəni fəal bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.