Elmar Məmmədyarov Litvadadır
XİN rəhbəri həmkarı Linas Linkeviçius ilə görüşüb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“İftira dolu müddəalar”
XİN: “Fransa Senatı tərəfindən qəbul edilmiş qətnaməni qətiyyətlə rədd edirik”
-
Səfirə xəbərdarlıq
“Musəvi diplomat fəaliyyətinə uyğun olmayan işlərlə məşğul olurdu”
-
Vaşinqtondan Soçiyə cavab
XİN rəhbərləri ABŞ-a dəvət olundu
-
“Müttəfiqliyin ruhuna ziddir”
Sülhməramlıların vətənində səslənən müharibə çağırışlarına cavab
-
Leyla Abdullayevanın xələfi ...
... Ayxan Hacızadə kimdir?
-
“Öhdəliklərin yerinə yetirilməməsi ...”
Azərbaycan Fransaya etiraz notası verdi
-
“... Riyakarlığının nümunəsidir”
Rəsmi Bakı Ermənistanın hərbi cinayətlərlə bağlı bəyanatına sərt cavab verdi
-
Litvadan prezidentindən Qərbə çağırış
“Rusiyaya illüziya bəsləməyən siyasət daha yaxşı işə yarayıb”
-
“Killnet”in Litvaya kiberhücumu
Kremyönümlü qruplaşma “Kalininqradın blokadası”nı götürməyi tələb edib
-
Belarusda təxribatlar gözlənilir
Lukaşenkonun göz yaşları və ya yeni müharibə planları
-
Bakının Moskvadan tələbləri var
Amma Kremlin istəyi ilə işğala “xüsusi əməliyyat” demək mümkün deyil
-
Putinə qarşı xüsusi əməliyyat
Rusiya prezidenti cavab versə də uduzacaq, verməsə də ...
-
Litva Rusiyanın hücumuna inanmır
“Bizi enerji təchizatı sistemindən ayırmaq ehtimalına hazırıq”
-
Patruşev Litvanı hədələdi
“Rusiya ona qarşı “düşmən” hərəkətləri cavabsız qoymayacaq”
-
Aİ nümayəndəsi Rusiya XİN-ə çağırılıb
Kreml Kalininqradın tranzit blokadasına etiraz edib
-
Rusiyanın Litvadan tranzitin bərpası tələbi
Avqustun 10-dan neft daşınması da dayandırılacaq
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Litvanın xarici işlər naziri Linas Linkeviçius ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanla Litva arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi və gündəlikdə duran məsələlər müzakirə edilib.
İki ölkə arasında münasibətlərin pozitiv inkişafı və ticarət dövriyyəsinin artması təqdir edilib. Tərəflər 1918-ci ildə Azərbaycan Demokratik Respublikası ilə Litva arasında diplomatik münasibətlərin qurulmasını, Litvanın ADR-də konsulluğunun fəaliyyət göstərməsini və gələn il iki ölkə arasında diplomatik əlaqələrin 100 illiyinin qeyd olunacağını məmnuniyyətlə vurğulayıblar.
E.Məmmədyarov Azərbaycanla Avropa İttifaqı arasında «Strateji Tərəfdaşlıq haqqında Saziş» layihəsi üzrə aparılan danışıqlar barədə həmkarına məlumat verib. L.Linkeviçius qeyd edib ki, Litva sözügedən saziş layihəsi üzrə aparılan danışıqları və Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişaf etdirilməsini dəstəkləyir. O, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən tvinniq layihələrinin əhəmiyyətinə toxunaraq Litvanın Azərbaycan üçün maraq kəsb edən layihələri davam etdirməyə hazır olduğunu deyib.
Görüşdə Azərbaycanla Litva arasında müqavilə-hüquq bazasının genişləndirilməsi məsələlərinə toxunulub və Hökumətlərarası birgə Komissiyanın fəaliyyətinə nəzər salınıb. Tərəflər, həmçinin iki ölkə arasında təhsil sahəsində uğurlu əməkdaşlığın qurulduğunu bildiriblər. Məlumat verilib ki, hazırda Litva universitetlərində 200-dən artıq azərbaycanlı tələbə təhsil alır.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə toxunan E.Məmmədyarov Aİ-nin dövlətlərin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi təməl prinsiplərə sadiqliyinin bütün münaqişələrə münasibətdə vahid və birmənalı şəkildə ifadə olunmasının vacibliyini vurğulayıb.
Nazirlər regional enerji və nəqliyyat layihələrini müzakirə ediblər. E.Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Şimal-Cənub və TAP layihəsi barədə məlumat verib. E.Məmmədyarov Cənub Qaz Dəhlizinin vacib komponentləri olan TANAP/TAP layihələrinin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcəyini deyib. Şimal-Cənub layihəsinin Hind okeanı hövzəsi ilə Baltik dənizi arasında dəmir yol xətti ilə uzlaşma yaratmaq potensialına malik olduğunu deyən E.Məmmədyarov bu xüsusda Azərbaycan və Litvanın dəmir yol qurumlarının əməkdaşlığı üçün geniş imkanların olduğunu bildirib.
Görüşün sonunda nazirlər birgə mətbuat konfransı keçiriblər və kütləvi informasiya nümayəndələrinin suallarını cavablandırıblar.
***
10:28
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Litva Respublikasına rəsmi səfərə yola düşüb.
Virtualaz.org Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, səfər çərçivəsində Elmar Məmmədyarovun litvalı həmkarı Linas Linkeviçiusla və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.