vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
DİASPOR  
09:50 | 4 may 2017 | Cümə axşamı Məqaləyə 3360 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Buna nə deyəsən axı...»

Deputat Əliş Məmmədov Yakutiyanın birinci ledisinə Bakıda verdiyi qonaqlıqdan danışdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Xəbər verdiyimiz kimi, Rusiyanın türkdilli Saxa-Yakutiya Respublikasının birinci xanımı Praskovya Borisova və onu müşaiyət edən bir qrup yakutiyalı VİP-persona Bakıya istirahətə gəlib. Yakutiya KİV-ləri yazmışdı ki, onların səfərini bu respublikanın Dövlət Dumasının deputatı, «Yakutsement» səhmdar cəmiyyətinin baş direktoru Əliş Məmmədov təşkil edib və maliyyələşdirib. Bildirilirdi ki, yakut birinci xanım və onu müşaiyət edənlər Bakıda 10 gün qalacaqlar. Və qonaqların Bakıda, İçərişəhərdəki gəzintilərindən və restoranda onların şərəfinə Əliş Məmmədovun təşkil etdiyi ziyafətdən də fotolar yayılmışdı.

Virtualaz.org qeyd edir ki, bu məlumatın yayılması Yakutiyada birmənalı qarşılanmayıb. Axı respublikanın birinci xanımının və onu müşaiyət edənlərin biznesmenin və deputatın hesabına səyahət edib dincəlməsindən söhbət gedir.

Bu baxımdan Yakutiyanın «Sakha Life» portalı Azərbaycana, Əliş Məmmədova zəng vurub. Ondan yayılmış fotolar haqda soruşub.

«-Sakha Life? Mən sizi tanıyıram, oxuyuram. Axı buna nə deyəsən? Bizim bəzi yakut həmyerlilərimiz tormozlayırlar. Düzünü desəm mən çox təəcübləndim. Axı birinci dəfə deyil ki, Yakutiyadan həmyerlilərimizi Bakıda qəbul edirəm. Məşhur güləşçilərimiz Roman Dmitriyev, Pavel Piniqin mənim qonağım olublar. Digər yerlilərimiz də o cümlədən. Və heç kim o vaxt bu haqda heç nə yazmadı. Mən həmişə yakutiyalıları qonaq aparmağa çalışıram ki, Bakı onların xoşuna gəlsin. Hə, lap elə Moxsoqollohda ola-ola da onların səfərini təşkil edə bilərəm. Bakıdakı dostlarımın sayəsində. Bura bir qədər başqa ölkədir, bir qədər başqa qiymətlərdir, burada qonaqları sevirlər», - Əliş Məmmədov deyib.

Deputat Əliş Zabid oğlu birinci ledinin və digər qonaqların onun hesabına Bakıya səfər etdiklərini, dincəldiklərini qəti təkzib edib. Deyib ki, bunu iddia etmək öz xalqına hörmətsizlik etməkdir. «Onlar öz hesablarına gəliblər, putyovka alıblar. Mən hələ təəcübləndim ki, ekonom klasda uçublar. Mən heç kimi dəvət etməmişəm, təsadüfən öyrəndim ki, hörmətli qonaqlar gəlib. Əslində mən Azərbaycana öz işlərim üçün gəlmişəm. Qardaşım vəfat edib...Kəndimiz dağlıqdır, Bakıdan 300 kilometr məsafədə yerləşir. Ümumiyyətlə başa düşmürəm ki, burada pis nə var axı? İnsanlar öz hesablarına dost türkdilli respublikaya səfər ediblər, muzeylərə baxıblar, tarixi ilə tanış olurlar. İndi hamı uzaq xaricə gedir. Onlar isə keçmiş sovet respublikasını seçiblər. Ona görə də  burada birinci ledinin adını hallandırmaq nəyə lazımdır? O, yaxşı, sadə yakut qadınıdır. Əri Yeqor Afanasyeviç, hələ Praskovya Petrovna özü heç vaxt imkan verməz ki, kimsə onları harasa aparsın. Həm birinci ledi, həm qalanlar öz hesablarına istirahət edir. Mayın 5-də geri qayıdacaqlar. Mən isə daha sonra, çünki işlərim var.

Ümumiyyətlə, mən onlarla cəmi bir gün keçirdim, Bakını göstərdim. Fotodakı axşam yeməyini isə mən ürəkdən təşkil etmişəm. Və kədərlənirəm ki, kimlərsə buna başqa don geyindirməyə çalışır və bütün respublikaya yayır. Mən vətənimdə öz həmyerlilərimi qonaq eləyə bilərəm, buna haqqım çatır. Və dostlarım da buna hazırdır. Onlar deyirlər ki, Əliş, sənin dostların bizim dostlarımızdır. Gəlin, özünüz görün ki, biz qonaqları necə sevirik!» - deputat onun dediklərini olduğu kimi yazmağı xahiş edərək söhbəti yekunlaşdırıb.

Əliş Məmmədov Yakutiyada nüfuzlu iş adamı kimi tanınır, ikinci müddətə deputat seçilib.