vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 16 yanvar 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.951 AZN
1 Rusiya rublu 1 RUB = 0.0253 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1834 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3096 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
DƏB  
20:08 | 17 may 2017 | Çərşənbə Məqaləyə 1441 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gözəlliyin kodu

Yaz-yay mövsümü parlaq rənglərlə boldur

«Nargis» jurnalı

Əgər payız və qış mövsümləri nyud və konturinq tərzində makiyaj variasiyalarına qarşı çox səxavətli idisə, yaz-yay mövsümü parlaq rənglərlə dolu olacaq.

 

Əlvida, kədər

 

Nyud tərzində olan eyni cür makiyajdan yorulmusunuz? Aparıcı makiyaj vizajistlərinin rəng terapiyası bu kədərin öhdəsindən gələcək. Panton seçimində yanılmamaq üçün isə Salvador Ferraqamo (Salvatore Ferragamo), Emilio Puki (Emilio Pucci), Viktoriya Bekhem (Victoria Beckham), Maks Mara (Max Mara), Sportmax, Ports 1961 moda nümayişlərindən örnək götürün.

 

Parlaq dünya

 

İstəsək də, istəməsək də, glitter makiyajda mövsümün əsas trendi olaraq qalır - əlbətdə ki, parıltı və zərləri dəbə yenidən gətirən Pat Makqratın köməyi ilə. Piter Filips onun bu hünərini özünə məxsus olaraq təkrar edib. 90-ların bu tendensiyası təkcə podiumları deyil, hətta ulduzların düşüncələrini də fəth edib. Naomi Kempbell, Cenifer Lopes, Nina Dobrev, Sara Cesika Parker dodaqlarında və gözlərindəki parıltı ilə öyünərək gəzirlər. Fendi modellərin dodaqlarına iri dənəli glitteri səpərək eksperiment aparır. Shiatzy Chen şousunun vizajistləri isə bu parıltı sayəsində modellərin gözlərini sözün əsl mənasında qığılcım səpələməyə məcbur edirlər. DKNY, Giamba, Sabinna və Maison Margielanın moda nümayişləri də eyni parlaqlıqla keçir. Nəticə birdir: shine on!

 

Yağış adamı

 

Stilistlər heç cür cəsarətlərini toplayıb nəm saç effektinə «yox» deyə bilmirlər. Bunu biz Altuzarra, Selin (Celine), Balmain, Givençi (Givenchy), Zakun (Thakoon), Ceyson Vu (Jason Wu), J.V.Andersonun (J.W.Anderson) moda nümayişlərinə əsasən deyə bilərik.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *