«Münasibətlərimiz hərtərəfli inkişaf edir»
Səfir Elin Süleymanov Azərbaycanın ABŞ-dan aldığı təyyarələr haqda
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Aşağı orbitdəkilər məhv ola bilər”
“Rusiya nüvə silahının sınaqdan keçirilməsi üçün kosmosa peyk göndərdi”
-
Kopperfildə qarşı cinayət işi
Məşhur illüziyaçı 16 qadına təcavüz etməkdə ittiham olunur
-
500 min əsgərlə hücum
Ukrayna yarım milyonluq gücü 40 min nəfərlik ordu və PUA-larla qarşılayacaq
-
Faciəvi mənzərə
Ekologiya bəhanədir, məqsəd maraqlar və biznesdir
-
ABŞ-dan Çinə növbəti həmlə
Vergi və rüsumlar 2-3 dəfə artırıldı
-
“İqtisadiyyatlar ksenofobiya səbəbindən durğunlaşır”
Bayden deyir ki, Hindistan, Yaponiya, Çin və Rusiya immiqrantları istəmir
-
Oğurluqda günahlandırılır
Süni intellektə qarşı müəllif hüquqları iddiası qaldırılıb
-
6.5 milyard dollarlıq vəd
“Johnson & Johnson” anlaşma təklif edir
-
“İki dövlət həlli artıq çox çətindir”
Tramp “Time”a danışıb: “Nəticə ala bilməsələr, digər ordu birləşmələrini işə salacağam”
-
“Zombi maral xəstəliyi” epidemiyası
ABŞ-nin 50 ştatının 33-də müşahidə olunan virus insana yoluxurmu?
-
Reseptlə satılacaq
ABŞ-də tarixi “marixuana” hazırlığı
-
3,4 milyard dollarlıq təlatüm
Keçən il 60 yaşdan yuxarı 100 mindən artıq ABŞ vətəndaşı fırıldağın qurbanı olub
-
Seçkiqabağı sorğu həyəcanı
Tramp və Bayden arasındakı uçurum dərinləşir
-
2027-ci il kabusuna hazırlıq
Böyük müharibədən əvvəl qızıl tədarükü – Çin 17 ayda rekord qırdı
-
“ABŞ-la vaxtaşırı görüşürük”
Əsəd: “Heç bir nəticə olmayacağını bilsək belə, cəhd edəcəyik”
-
Nyu-Yorkda siçovul böhranı
Leptospiroz xəstəliyinə yoluxanların sayında ciddi artım var
Vaşinqton ştatının aparıcı qəzetlərindən biri olan «Daily Herald»da Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun məqaləsi dərc edilib. AzərTAc bildirir ki, məqalədə Azərbaycanın «Boeing» şirkətinin istehsal etdiyi təyyarələri almasından, habelə Azərbaycan ilə ABŞ arasında iqtisadi və siyasi münasibətlərdən danışılır.
Müəllif yazır ki, Azərbaycan Birləşmiş Ştatların Xəzər regionunda tərəfdaşı kimi tarixi İpək Yolu boyunca mühüm nəqliyyat qovşağına çevrilir. «Silk Way Airlines» şirkətinin 10 ədəd «Boeing 737-Max 8» təyyarəsini sifariş etməsi bunu təsdiqləyir. Təyyarələr Vaşinqton ştatının Renton şəhərində «Boeing» şirkətinin zavodunda istehsal ediləcək. İqtisadi imkanların yaradılması və enerji resursları təchizatının sabitləşdirilməsi ilə yanaşı, Azərbaycan terrorizmə qarşı mübarizədə və planetin müxtəlif regionlarında sülh yaradılmasında da ABŞ ilə əməkdaşlıq edir.
«Bizim son sövdələşməmiz Renton zavodunda 12 mindən çox işçi yerini saxlamağa kömək edir», - deyə E.Süleymanov vurğulayır.
Sirr deyil ki, hazırda genişfüzelyajlı təyyarələrə tələbatın azaldığı aerokosmik sahədə Azərbaycanın simasında ixrac bazarının meydana çıxması «Boeing» şirkətinə mühəndislərin və bu sahədə digər mütəxəssislərin ixtisara salınmasının qarşısını almağa şərait yaradır.
Məqalədə deyilir: Bu, «Boeing» təyyarələrinin alınmasında Azərbaycanın üçüncü böyük investisiyasıdır. 2015-ci ildə «Silk Way» şirkəti Everett şəhərində «Boeing» şirkətinin 20 min əməkdaşının çalışdığı zavoddan «Boeing 747-8» üç yük təyyarəsi alıb. Həmin il Azərbaycanın ən böyük «Azərbaycan hava yolları» aviaşirkəti özünün ilk «Boeing 787 Dreamliner»ini alıb. Təyyarə Cənubi Karolina şirkətində yığılıb. Bu gün «Azərbaycan Hava Yolları» şirkətinin «Dreamliner»i ölkələrimizi Bakı-Nyu-York birbaşa reysi ilə birləşdirir.
Azərbaycanın Birləşmiş Ştatlarla tərəfdaşlığı digər sektorlarda da genişlənir. 2001-ci il 11 sentyabr terror hücumundan sonra ilk 24 saat ərzində Azərbaycan ABŞ-a terrorizmə qarşı mübarizədə birmənalı dəstəyini təklif edib, Amerika hərbi təyyarələrinə Azərbaycanın hava məkanından uçuş imkanı yaradıb. «Biz terrorizmə, nüvə silahının yayılmasına və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə də ABŞ və onun müttəfiqləri ilə əməkdaşlığı davam etdiririk», - deyə azərbaycanlı diplomat məqalədə vurğulayıb.
Bir gündə Avropaya nəql edilən neftin təxminən milyon barelini Azərbaycan təmin edir. Azərbaycan neftinin İsrailin istehlakında payı 40 faizə çatır. Cənub Qaz Dəhlizinin yeni kəmər şəbəkəsi ilə Azərbaycan hər il Avropaya 16 milyard kubmetr qaz ötürəcək ki, bununla da Avropanın enerji təhlükəsizliyinə və dünya iqtisadiyyatının sabitləşməsinə öz töhfəsini verəcək.
Məqalədə daha sonra deyilir ki, Azərbaycanın Birləşmiş Ştatlara İslam dünyasında körpülər qurmaqda köməyi neft buruqları tikintisindən heç də az əhəmiyyət daşımır. Müsəlmanların üstünlük təşkil etdiyi dünyəvi cəmiyyət olan Azərbaycan islam, xristian və iudaizm üçün dini azadlıq təklif etməklə plüralizm və mötədilliyin nümunəsidir. Hazırda Azərbaycandakı 30 minlik yəhudi icması 1400 il ərzində müsəlmanlarla sülh və əmin-amanlıq şəraitində yaşayıb.
Avropa təsisatlarının, o cümlədən Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, habelə 56 müsəlman ölkəsini birləşdirən İslam Əməkdaşlıq Təşkilatının üzvü olan Azərbaycan qarşılıqlı anlaşmanın qurulmasına kömək edir.
Azərbaycan səfiri məqalənin sonunda yazır: «Biz ABŞ, İsrail, Avropa İttifaqı və müsəlman dövlətləri ilə sıx əlaqələr yaratmaqla ölkələr arasında mübahisə və təfriqələri dialoqa çevirməyə çalışırıq».