vaxtlı-vaxtında oxuyun! Cümə, 17 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
19:12 | 4 iyun 2013 | Çərşənbə axşamı Məqaləyə 1977 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Obama Prezidentə məktub göndərib

İlham Əliyev dövlət katibinin müşaviri Amos Hoksteyni qəbul edib

lent.az

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 4-də ABŞ dövlət katibinin enerji siyasəti üzrə müşaviri Amos Hoksteyni qəbul edib. Lent.az-ın məlumatına görə, görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Birləşmiş Ştatların prezidenti Barak Obamanın məktubunu dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev ABŞ prezidenti Barak Obamanın məktubuna görə minnətdarlığını bildirib.
Söhbətdə XX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransının əhəmiyyəti vurğulanıb, Azərbaycan Respublikası ilə ABŞ arasında tərəfdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə olunub, ikitərəfli münasibətlərimizin perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.