vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
CƏMİYYƏT  
15:14 | 21 iyul 2017 | Cümə Məqaləyə 2835 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bizdən asılı deyil»

Xətainin heykəlinin yeri dəyişdirilə bilər

MÖVZU İLƏ ƏLAQƏLİ

«Zərurət yaranarsa, paytaxtın Yusif Səfərov küçəsində aparılan optimallaşdırma işləri çərçivəsində adıçəkilən küçədə yerləşən Şah İsmayıl Xətainin heykəlinin yeri dəyişdirilə bilər».

«APA-Economics» xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib.

«Bu, yalnız bizdən asılı deyil. «Yollarının Optimallaşdırılması Layihəsi» çərçivəsində heykəlin yerinin dəyişdirilməsi zərurəti yarana bilər. Bunun üçün müvafiq qurumlara müraciət olunacaq və yalnız onların razılığı ilə köçürülmə baş tutacaq», - deyə qurum rəsmisi qeyd edib.