vaxtlı-vaxtında oxuyun! Cümə, 15 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
TOP OYUNLARI  
21:59 | 7 oktyabr 2017 | Şənbə Məqaləyə 2944 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Yayda hər şeyi düzgün etdik»

Roman Qriqorçuk: «Tezliklə istədiyimiz səviyyəyə çatacağıq»

MÖVZU İLƏ ƏLAQƏLİ

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən klublar yoldaşlıq oyunlarında güclərini sınayır. Bu gün də «Qəbələ» «Neftçi» ilə qarşılaşıb. Görüş əyalət təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçdan sonra jurnalistlərin suallarını cavablandıran qəbələlilərin ukraynalı baş məşqçisi Roman Qriqorçuk həm bu oyun, həm də komandanın ümumi vəziyyəti haqqında fikirlərini bölüşüb.


- Matç haqqında nə deyə bilərsiniz?

- Bizim üçün asan görüş deyildi, bu matça çox ciddi yanaşırdıq. Yaxşı hazırlıq oyunu oldu. Futbolçularım yüksək peşəkarlıq göstərdilər. Düşünürəm ki, çox xeyirli oldu.

 

- Çempionatda ilk dövrə arxada qaldı. Komandanızın çıxışını necə dəyərləndirirsiniz? Nədən razı, nədən narazısınız?

- Məncə, hər şey necə olmalı idisə, elə də oldu. Ötən illə müqayisə etsək, onda komandanı daha tez yığmışdıq, daha erkən birlikdə hazırlaşmışdıq. Onda bizdə böyük işlər görmək və öz stilimizdə yaxşı oynamaq üçün şərait yaradılmışdı. Bu il isə bizdə sadəcə, vaxt çatmadı. Zaman keçdikcə formamızı yığırıq və istədiyimiz futbolu oynamağa başlayacağıq. Digər tərəfdən, hadisələrin gedişatı da bizim üçün yaxşı olmadı. Demək olar ki, hər oyunda vacib bir futbolçumuzu itirdik. Filip Ozobiç, İlqar Qurbanov bizim üçün vacib futbolçulardı və onların xidmətindən məhrum olduq. Sadəcə, bir az səbirli olmalıyıq. İşlərin yaxşı getməyən vaxtında səbir etsək və məşqləri davam etdirsək, zamanla daha yaxşı olacağına inanıram.

 

- Özünüz də vurğuladınız ki, komanda hələ ideal formada deyil. Bəs bunun üçün nə qədər vaxt lazımdı?

- Bu barədə dəqiq nəsə demək çox çətindir. Ancaq düşünürəm ki, tezliklə istədiyimiz səviyyəyə çatacağıq. Artıq iki dəfə belə çətinliklə üzləşmişik və vəziyyətdən tez çıxa bilmişik. Bu il isə futbolçuların, xüsusilə də legionerlərin adaptasiya prosesi uzun çəkdi. Onların bəziləri bütün yay boyunca məşq etməmişdilər. Bütün bu nüanslar sistemli işi ləngidir. İdmanın öz qanunları var, buna görə də məni heç nə təəccübləndirmir. Ürəyimdə mən də istəyirəm ki, hər şey sürətlə inkişaf eləsin, ancaq bu il bir az vaxt aparacaq.

 

- Stiven Monrozla Ruslan Kurbanov arasındakı insident geniş rezonans doğurdu. Vəziyyəti tamamilə nəzarət altına almaq mümkün oldumu?

- Belə şeylər hər komandada ola bilər. Bu qədər müzakirə olunmağına səbəb isə hər kəsin, kameraların önündə olmasıdır. Öz aramızda hər şeyi yoluna qoyduq. Bu barədə artıq danışmağa dəyməz.

 

- Futbolçuların münasibətləri tam qaydasındadır?

- Bəlkə də bir dəqiqə sonra hər şey unudulmuşdu və onlar barışmışdılar. İnanmıram ki, komanda daxilində hansısa intriqa və kin mövcud olsun. Ümumiyyətlə, bu, haqqında çox danışılacaq məsələ deyil.

 

- Ruslanın komandadan getmək ehtimalı varmı?

- Bu barədə yalnız sizdən eşidirəm. Heç bir rəsmi müstəvidə onun hansısa başqa komandaya keçidi müzakirə olunmayıb.

 

- Bəs siz Kurbanovun çıxışından razısınız?

- Düşünürəm ki, Ruslan indikindən daha yaxşı çıxış edə bilər. Ancaq bunun obyektiv səbəbləri də var. Zədə səbəbindən mövsümün əvvəlindəki məşqləri buraxdı, bir neçə oyunda meydana çıxa bilmədi. Ona bir az vaxt lazımdı. Potensialı isə əlbəttə ki, var.

 

- Yay transfer müddətində bir qədər gecikdiniz və bu, sizə çətinlik yaratdı. Qış üçün indidən hazırlaşırsınız? Nəzərdə tutduğunuz oyunçular var?

- Biz yayda hər şeyi düzgün elədik. Bir az geciksə də, düşünürəm ki, dəvət etdiymiz oyunçular müəyyən müddətdən sonra komandaya çox xeyir verəcəklər. Deyə bilərəm ki, artıq irəliyə doğru addımlar atılır. Zamanla bizim istədiyimiz kimi olacaqlar.

 

- Biz yeni oyunçular olub-olmayacağını soruşmuşduq...

- Yeni oyunçular haqqında həmişə düşünürük. Hətta əlində 22 nəfər əla futbolçu olsa da, yenə də kimisə axtarırsan. Bu, normal prosesdir. Təbii ki, bütün il boyu futbolçu axtarışındayıq. Daim yüksək yerlər uğrunda mübarizə aparan hər bir komanda bunu etməlidir.

 

- Qarşıda DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Xorvatiya ilə qarşılaşacaq Ukrayna millisindən nə gəzləyirsiz?

- Təbii ki, ölkəmin komandasının qələbə qazanmasını arzulayıram. Öz evində, güclü azarkeşlər önündə qalib gəlib dünya çempionatına yollanmaq əla olacaq. (apasport)