vaxtlı-vaxtında oxuyun! Cümə, 1 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
18:53 | 26 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 2407 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qarabağ klanının ağlında daha nələr var?

Sərkisyan bilir ki, onun ölkəsi heç vaxt Azərbaycan qədər varlı və güclü olmayacaq

Hüseynbala SƏLİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Məni də indi ən çox məşğul edən Serj Sərkisyanın növbəti il üçün siyasi planlarıdır. Ermənistanın KİV-ləri, Serjikə yaxın adamlar and-aman edirlər ki, guya, bu adamın baş nazir olmaq planı yoxdur. Hətta ən son açıqlamanı srağagün oxudum. Bəli, deyirlər, danışırlar, amma di gəl, nöqtəni qoymurlar, inandırıcı görünmürlər, məsələ açıq qalır.

Məsələ ilə bağlı ağılıma gələn bəzi məqamları ötən yazıda qeyd etmişdim. Amma bir sual bir az əvvəl dediyim kimi, hələ də cavabsız qalmaqdadır: Niyə görə dünya konstitusiya hüququnun incəliklərindən, siyasi demokartiyanın «hiyləgərlik»lərindən bir o qədər baş çıxarmayan ermənilər birdən-birə prezident respublikasında deyil, parlament respublikasında yaşmağa qərar verdi? Doğrudanmı, orta statistik Mkrtç və yaxud Aşot üçün bu məsələ belə önəmlidi?

Bütün bu siyasi maskaradı, teatrı Ermənistanın Qarabağ kriminal siyasi klanının, xüsusən də Serjikin öz adına yazmaq daha düzgün olmazdımı?

Ötən dəfə də yazmışdım ki, Ermənistanda «uzunömürlü siyasətçi» olmamaq günahdır və Serjik bunu etməsə, deməli, o, həqiqətən də çox axmaq adamdır. Amma düşünürəm ki, Sərkisyan düşmən olsa da, tamam axmaq da deyil.

Üstəlik, Ermənistanda heç bir demokratiya-filan yoxdur. Bütün «erməni demokratiyası» bir az hiyləgər «seçki hesabı»ndan başqa bir şey deyil- bəli, seçkilərdə daha «inandırıcı» ədədlər yazırlar! Amma bununla da bütün «erməni demokratiyası» bitir.

Sirr deyil ki, keçmiş mərkəzi erməni elitası, əhalinin savadlı və fəal hissəsi ölkəni tərk edib və onların yerini əyalət adamları tutub. Ona görə də Serjik üçün ehtiyatlanmağa xüsusi əsas yoxdur.

Üstəlik, beynəlxalq demokratiya institutları da Ermənistana daha çox etimad göstərir, nəinki, məsələn, bizim Azərbaycana. Məsələ bundadır ki, elə həmin institutlar da ilk növbədə müsəlman ölkələrinə inamsızlıqla yanaşmağa alışıblar. Onların «məntiq»inə görə Ermənistan kimi kiçik xristian ölkəsi, xüsusən də xristinalığı hamıdan əvvəl qəbul etdiyini iddia edən bir xalq, qeyri-demokratik və avtoritar, prinsipcə, ola bilməz, o səbəbdən ki, ermənilər axı «müsəlman - barbar»lar deyillər, mədəni və tərəqqipərvər xristianlardır...

Bəli, çox acı və kədərlidir, amma ki, faktdır, özü də çox geniş yayılmış  haldır. Biz tez-tez unuduruq ki, siyasəti də adi insanlar formalaşdırır və onlarsa heç də müəyyən stereotiplərdən, qərəzdən azad deyillər.

Ötən dəfə də qeyd etdim ki, Sərkisyanın son bəyanatlarını bütün bu proseslərlə, Serjikin növbəti ilə nəzərdə tutulan planları ilə izah etmək cəhdləri var.

Bu arqumentləri tamamilə inkar etmirik, amma ki, məsələnin əsl köklərinə də baxmaq lazımdır ki, Serjik baş nazir olandan və yaxud da bu postu bir başqası tutandan sonra da Ermənistan siyasətində davam edən qudurğanlıq bizi təəccübləndirməsin.

Ötən ilin aprelində ordumuzun əməliyyatları Ermənistan üçün ciddi dərs oldu - göstərdik ki, artıq ordumuz var...

Amma nəinki biz özümüz, nə qədər qəribə olsa da, hətta ermənilər, xüsusən də onların cinayətkar hərbi-siyasi bandası Azərbaycandan daha artıq təzyiq gözləyirdi. Təəssüf ki, bu, alınmadı.

Səbəbini azacıq sonra yazacam. İndilik isə onu deyim ki, ötən ilin aprelini 1994-cü ildən gözləyirdik. Atəşkəslə bağlı razılaşma imzalanandan sonra iqtisadi və hərbi imkanlarımızı artırmağa başladıq. Vaxt da hədər getmədi. Azərbaycanla Ermənistanın iqtisadi göstəriciləri  müqayisəyə belə gəlmir...

Hətta Sərkisyan özü bir dəfə demişdi ki, onun ölkəsi heç vaxt Azərbaycan qədər varlı olmayacaq. Mən bura «güclü» sözünü də əlavə edərdim - bəli, ayrılıqda götürülən Ermənistan heç vaxt Azərbaycan tək  güclü olmayacaq.

Oyuncaq Ermənistanın «güc»ü Rusiya ilə geosiyasi ittifaqındadır - təəssüf ki, hələ də Rusiyanın bölgədəki geosiyasi hədəfləri ermənilərin utopik «milli sayıqlama»ları ilə üst-üstə düşür. Amma düşünürəm ki, bu da əbədi deyil - vaxt gələcək, Rusiya da öz geosiyasi prioritetlərini təftiş etməli olacaq.

İndi isə bir daha ötən ilin aprel hadisələrinə qayıdaraq demək olardı ki, çox təəssüf ki, onda Ermənistana yetərincə dərs verə bilmədik. Səbəbi? Mənə elə gəlir ki, onda da, elə indi də məsələ Rusiya amilinə dirənir...

Məsələ o vaxt həllini olacaq ki, biz həm də Rusiyanın müqavimətini azaltmağın yollarını tapaq, Ermənistan-Rusiya zəncirini əhəmiyyətli dərəcədə zəiflədək. Bunu üçünsə Rusiyaya da təzyiq etmək lazımdır.

Yolu da Türkiyə ilə, eləcə də Qərblə əlaqələrimizi gücləndirməkdir. Rusiya bizi Qarabağla şantaj etdiyi kimi biz də onu daim Türkiyəyə və xüsusən də Qərbə üz tutacağımızla qorxutmalıyıq - başqa yol yoxdur...