Yenə Telman İsmayılov
Rusiyanın xarici kəşfiyyat şefinə Azərbaycan şərabı?!
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Telman İsmayılov razılaşmadı»
«Hoteli tam satmaq istəmir, amma işlətməyə də pulu yoxdur»
-
Diaspor təşkilatının işini əngəlləyən sirli fiqur(lar)
«ÜAK məsələsində əngəllər törədən, rusun, erməninin dəyirmanına su tökən adamlar var» - Abbas Abbasov və ...?!
-
«Telmana demişdim, bu bazarı bağla...»
Lujkov: «Telmana demişdim, bu bazarı bağla...»
-
Kərimovu İsmayılov ələ verdi?
Rusiyalı oliqarxların başı dərddə, ABŞ-ın da öldürücü sanksiyaları gəlir
-
Putin üçün böyük şok
«AST Telman« siyasi sığınacaq əvəzində kompromat təklif etdi
-
«Dedi gəl görüşək...»
Telman İsmayılovu Daşkənddə görüblər
-
Russo 9-cu hədəf olub
Telman İsmayılov məşhur müğənnini öldürmək istəyirmiş?
-
«AST Telman» Fransadadır
Vəkil: «Onu heç kim heç yerə çağırmayıb»
-
«AST Telman»a şok ittiham - «silah baronu» və Abbas Abbasov...
Azərbaycan kökənli milyarder iş adamı qatilmi? Beynəlxalq axtarışa verilən Telman İsmayılov harada gizlənir?..
-
«O, biznesdə sülhə meylli insandır»
Lujkov: «Telman İsmayılov adam öldürən deyil»
-
Ticarət mərkəzi, boks «armudu»...
Müflis azərbaycanlı oliqarxın əmlakı hərraca çıxarılır...
-
Ata-bala Abbasovlar Putinin adamına sığındı
Rusiya prezidentinin Xəzər regionundakı yeni nümayəndəsi ilə fotolarını yaymaq nəyə işarədir?
-
«Praqa-AST»ni də itirdi
Telman İsmayılovun daha bir şirkəti bankrot oldu
-
«Maşında məni boğmağa başladı...»
Telman İsmayılovun oğlu arvadını öldürmək istəyib
-
Abbasovun əsas «krışa»sı «uçdu»
Abdulatipovdan sonra baş nazirin sabiq müavininin də qonşu respublikadakı biznesi sıxışdırılacaq...
-
Bütün sirləri ortaya çıxdı
15 illik dostundan «AST-Telman»a arxadan zərbə
Çoxsaylı sifarişli qətllərdə, mütəşəkkil cinayətkar qruplaşma formalaşdırmaqda təqsirli bilinərək barəsində axtarış elan edilmiş azərbaycanlı keçmiş oliqarx-milyarder Telman İsmayılov cəmi bir neçə ay əvvələ qədər Rusiya siyasi elitasını brend alkoqolla təchiz edirmiş. Virtualaz.org xəbər verir ki, bu haqda «Sobesednik» yazır.
Bu günlərdə üzə çıxıb ki, Telman İsmayılovun «AST İnternational Environment»» şirkəti Rusiya Dövlət Dumasına 1.5 milyon rubl dəyərində elit alkoqol satıb. Həmin şirkət həl 90-cı illərdə yaradılıb və xarici ölkələrdə istehsal olunmuş brend alkoqolun Rusiyada distributorluğunu həyata keçirir. Şirkətin səhmlərinə bu yaxınlara qədər T.İsmayılovun oğlanları nəzarət edirdi. Lakin aktivi kreditorlardan qorumaq üçün səhmdarlar dəyişdirilib. Ehtimal edilir ki, şirkət hələ də İsmayılovların nəzarətindədir. Onun illik dövriyyəsi 12 milyard rubldur.
Məlum olub ki, Kremlin İşlər İdarəsinə bağlı «4 saylı Qida Kombinatı» «AST İnternational Environment»» şirkəti ilə Dövlət Duması, Federasiya Şurası və Hesablama Palatası üçün alkaqollu içkilərin təchizatına dair müqavilə bağlayıb. Müqaviləyə əsasən alkaqolun alınması «texnogen və təbii xarakterli fövqəladə situasiyaların nəticələri, təcili tibbi müdaxilə zərurəti və digər qeyri-müəyyən qüvvələrlə» ilə əsaslandırılır.
Müqavilədə göstərilir ki, deputatlara bir butulkası 91.4 min rubl olmaqla «Dom Perinyon» şampanları, 338 min rubla «Haylend Park» viskisi, 450 min rubla «Tesseron extrime» konyakı və digər brend içkilər alınmalıdır.
Lakin Telman İsmayılovun şirkətinin müştəriləri arasında təkcə deputatlar yoxdur. Məsələn, «Taktiki raket silahları» korporasiyasının sədri Boris Qrızlov üçün də Qərb ölkələrində istehsal olunmuş elit alkoqol sifariş edilib. O cümlədən Rusiya XİN həmin şirkətdən alkoqol alıb. Məsələn, 40 ilik «Martel Xo Extra Old» konyakı, 1500 ədəd 50 qramlıq «Russkiy Standard Gold» arağı. Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinə isə T.İsmayılovun şirkəti tərəfindən Meksika tekilası, italyan martinisi və Azərbaycan şərabı çatdırılıb.
Habelə Kremlin İşlər İdarəsinin «3 nömrəli Qida Kombinatı» hökumət rəhbərliyi üçün şirkətdən nisbətən ucuz-butulkası 4800 rubl olmaqla 20 ədəd «Hennesi» konyakı, 60 butulka «Kayanti» və digər içkilər sifariş edib. Ümumiyyətlə, təkcə bu il T.İsmayılovun firması hakim elitanı alkoqolla təchiz etmək üçün 268 milyon rubl həcmində müqavilə bağlayıb.