«Dedi gəl görüşək...»
Telman İsmayılovu Daşkənddə görüblər
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Telman İsmayılov razılaşmadı»
«Hoteli tam satmaq istəmir, amma işlətməyə də pulu yoxdur»
-
«Telmana demişdim, bu bazarı bağla...»
Lujkov: «Telmana demişdim, bu bazarı bağla...»
-
Kərimovu İsmayılov ələ verdi?
Rusiyalı oliqarxların başı dərddə, ABŞ-ın da öldürücü sanksiyaları gəlir
-
Putin üçün böyük şok
«AST Telman« siyasi sığınacaq əvəzində kompromat təklif etdi
-
Russo 9-cu hədəf olub
Telman İsmayılov məşhur müğənnini öldürmək istəyirmiş?
-
Yenə Telman İsmayılov
Rusiyanın xarici kəşfiyyat şefinə Azərbaycan şərabı?!
-
«AST Telman» Fransadadır
Vəkil: «Onu heç kim heç yerə çağırmayıb»
-
«AST Telman»a şok ittiham - «silah baronu» və Abbas Abbasov...
Azərbaycan kökənli milyarder iş adamı qatilmi? Beynəlxalq axtarışa verilən Telman İsmayılov harada gizlənir?..
-
«O, biznesdə sülhə meylli insandır»
Lujkov: «Telman İsmayılov adam öldürən deyil»
-
Ticarət mərkəzi, boks «armudu»...
Müflis azərbaycanlı oliqarxın əmlakı hərraca çıxarılır...
-
«Praqa-AST»ni də itirdi
Telman İsmayılovun daha bir şirkəti bankrot oldu
-
«Maşında məni boğmağa başladı...»
Telman İsmayılovun oğlu arvadını öldürmək istəyib
-
Bütün sirləri ortaya çıxdı
15 illik dostundan «AST-Telman»a arxadan zərbə
-
Abbas Abbasov istintaqa cəlb ediləcək
«AST Telman»ı ələ verilməsi sabiq vitse-premyerin başı dərddə saldı
-
«Mardan Palace»da krizis
Telman İsmayılovun işçiləri maaş ala bilmir
-
Telman İsmayılov axtarışa verilir
10-dan çox cəsəd, bazarın qəsdən yandırılması, daha nələr...
Bir neçə sifarişli qətldə ittiham olunaraq barəsində qiyabi həbs qətimkan tədbiri seçilən və beynəlxalq axtarışa verilən keçmiş azərbaycanlı oliqarx-milyarder Telman İsmayılov barəsində axtarış elan ediləndən az əvvəl keçmiş sovet respublikalarından birində görünüb.
Virtualaz.org xəbər verir ki, yəhudi əsilli rusiyalı müğənni Avraam Russo bir neçə gün əvvəl «Birinci kanal»ın «İnsan və qanun» proqramına müsahibəsi zamanı iki həftə əvvəl Telman İsmayılovu təsadüfən Daşkənddə gördüyünü deyib. Bu həmin Russodur ki, T.İsmayılov uzun müddət onun əsas sponsoru olub. Lakin daha sonra onların münasibətləri korlanıb və iddialara görə T.İsmayılov Russonun qətlini sifariş verib. Müğənni ölümdən ancaq killerin əyyaş narkoman olması sayəsində qurtulub, sui-qəsddə yaralanıb.
Avraam Russo bildirib ki, Daşkənddə ad günü ziyafətində Telman İsmayılovla rastlaşıb: «Olduqca gözlənilməz vəziyyət idi. Mən heç ağlıma gətirə bilməzdim ki, onunla rastlaşa bilərəm. Onun ad günündə. O dedi: «Gəl görüşək». Mən yaxınlaşdım, görüşdük, oturub söhbət etdik. Doğrudur, o, hansısa iradlarını da çatdırdı».
Avraam Russo deyir ki, vaxtilə onu Rusiyaya Telman İsmayılov gətirib, 7 il ərzində sponsorluq edib. Lakin daha sonra münasibətləri korlanıb: «Telman İsmayılov elə adamdır ki, ona yox deyiləndə xoşu gəlmir. Digər tərəfdən bizim mentalitetlərimiz fərqlidir».
T.İsmayılov oktyabrın 26-da anadan olub. Bu baxımdan belə çıxır ki, Avraam Russo onu barəsində axtarış elan edilməzdən bir neçə gün əvvəl görüb. T.İsmayılovun barəsində axtarış oktyabrın 30-da elan edilib. Onun indiyədək Türkiyədə olduğu bildirilirdi, lakin son məlumatlara görə barəsində axtarış elan ediləndən sonra Fransaya gedib.