«Mardan Palace»da krizis
Telman İsmayılovun işçiləri maaş ala bilmir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Telman İsmayılov razılaşmadı»
«Hoteli tam satmaq istəmir, amma işlətməyə də pulu yoxdur»
-
Mirzəyev olayında «AST» izi
«O, ölkədəki siyasi vəziyyətə müdaxilə etmək barədə plan hazırlanmasında iştirak edib»
-
«Mardan Palace» hotelinin işçiləri maaşlarını ala bilmədikləri üçün Əmək və İş İdarəsinə şikayət ediblər. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, müvafiq quruma daxil olan şikayət ərizələrinə otel personalının mütləq əksəriyyəti qol çəkib.
Bununla yanaşı otelin internet saytı üzərindən satışlar da dayandırılıb. İnternet resurs üzərindən rezervasiya etmək istəyənlər «Aradığınız kriterlere uygun oda bulunamamıştır» bildirişi ilə üzləşirlər. Bundan başqa, otelin rezervasiya xətti və elektron poçt vasitəsilə müraciətlərə cavab verilmir.
Qeyd edək ki, azərbaycanlı milyarder Telman İsmayılova məxsus olan «Mardan Palace» 2009-cu ildən fəaliyyət göstərir.