vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 14 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
AKTUAL  
11:23 | 21 noyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 3613 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kontedən gözlənilməz addım

«Çelsi» BOS-dan imtina etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

«Çelsi» Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda «Qarabağ»la səfər oyunu öncəsi son məşqini matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunda (BOS) yox, 8-ci kilometr qəsəbə stadionunda keçirəcək. VAXT.AZ xəbər verir ki, məşq bu gün saat 15:00-da başlayacaq.

Qeyd edək ki, adətən qonaq komandalar oyundan qabaq son məşqlərini matçın oynanılacağı stadionda keçirirlər.

London təmsilçisinin bu gözlənilməz addımı ilə bağlı «Qarabağ» klubunun baş meneceri Asif Əsgərov qol.az-a açıqlama verib. O deyib:

«Bu, böyük ehtimalla baş məşqçinin seçimidir. Antonio Konte hələ İtaliya millisini çalışdırarkən Azərbaycanla matça gələndə də (oktyabr, 2015-ci il - red.) oyunöncəsi məşqi Olimpiya stadionunda yox, «Azərsun Arena»da keçirmişdi. Belə addım atmaqda onun məqsədi bu idi ki, komandanın məşqi qapalı keçsin və heç kim hazırlığa baxa bilməsin. O zaman onlar şərt qoymuşdular ki, kənar heç kim məşqə baxa bilməz. Görünür, bu dəfə isə o, «Çelsi» üçün qapalı ərazini seçib. Hətta bildiyimə görə, futbolçuların motivasiyasını poza biləcək kənar təsirlərin olmaması üçün məşq zamanı stadiona 150 nəfərədək polis əməkdaşı cəlb olunacaq».