vaxtlı-vaxtında oxuyun! Bazar, 19 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
GÜNEY  
17:52 | 11 fevral 2014 | Çərşənbə axşamı Məqaləyə 1643 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Səfir sərsəmlədi

«Azərbaycan öz ərazi iddialarından əl çəkməlidir»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycanın tarixi iddiaları onun suverenliyini sual altına qoya bilər». Virtualaz.org erməni mətbuatına istinadən bildirir ki, bu açıqlama ilə İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi çıxış edib.

O, Azərbaycan dövlət adamlarını öz çıxışlarında diqqətli olmağa çağırıb: «Azərbaycan dövlət adamları bu kimi (Güney Azərbaycan - red.) tarixi iddialarla çıxış edəndə çox şeyi nəzərə almalıdırlar. Onlar bilməlidirlər ki, əgər tarixi iddialar tələb olunsa, Azərbaycanla bərabər bir çox ölkələrin suverenliyi sual altında qalacaq».

M.Rəisi həmçinin yaxın zamanlarda İran prezidentinin Ermənistana rəsmi səfər edəcəyini bildirib.  

Qeyd edək ki, Məhəmməd Rəisi keçən ilin dekabrında etdiyi çıxışda Ermənistanın İranın dostu olduğunu bildirmiş və ölkə qazını rəsmi İrəvana 100 dollara satmağa hazır olduqlarını bəyan etmişdi.