![](img/left_arrow.jpg)
![](img/right_arrow.jpg)
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
... Yaxud “Nansy” arasında bağlılıq
“Qoruyucu mələklər”i bədxah qonşularımızdan üz çevirməyə başlayır
Sülhməramlılar isə Moskvadan göstəriş gözləyir
Rusiya ilə separatçılar sinxron hərəkət edir
Cəllad Miloşeviç cəzasını verənlər Xameneyiyə göz yumur ...
Tehran Avrasiya İqtisadi İttifaqına bazarlarına çıxış əldə etmək istəyir
Fransa bizim üçün tam şəkildə itirildi
Qərb isə ilin sonuna qədər sülh müqaviləsi istəyir
İrəvan Minsk Qrupunu diriltməyə çalışır, Moskva separat oyuncağı ...
... iki qitənin həyati əhəmiyyətli layihəsinin təkərinə çomaq soxur
Fransanın kasıb və balaca Ermənistan başqa söykənəcəyi başqa bir ölkə yoxdur
Zəngəzur dəhlizi məsələsində Azərbaycan-Rusiya razılaşması
Anti-Azərbaycan mövqeyinə görə ...
“Ermənistan rəhbərliyi başa düşməlidir ki, münaqişənin həll edilməsi onların ən çox ehtiyac duyduğu regional əməkdaşlıq imkanları yarada və regionda davamlı sülhü təmin edə bilər”.
APA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov “AzərTAC” agentliyinə müsahibəsində bildirib.
E.Məmmədyarov deyib ki, 2018-ci ilin əvvəlində əldə olunan razılıq ondan ibarət idi ki, mövcud gündəlik əsasında Ermənistanda və Azərbaycanda keçiriləcək seçkilərdən sonra intensiv danışıqlar davam etdirilsin: “Göründüyü kimi, Ermənistanda labüd siyasi böhran baş verdi. Azərbaycan bunu daim bəyan edirdi ki, Sərkisyan rejiminin yürütdüyü siyasət Ermənistanı uçuruma aparır. Ermənistandakı siyasi prosesləri təmkinlə və yaxından izləyərək Azərbaycan tərəfi bildirdi ki, Ermənistanda hakimiyyətə gələn yeni qüvvələr sağlam düşüncəli siyasət yürüdərlərsə, münaqişənin həllində irəliləyiş əldə etmək olar. Əgər onlar da Sərkisyan rejiminin yolu ilə gedərlərsə, onları da eyni aqibət gözləyir. Danışıqlar prosesində Azərbaycanın mövqeyi aydın, birmənalı və qətidir. Bu, ilk növbədə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır. ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin formatı və gündəliyi aydındır. Münaqişənin mərhələli həlli prosesinin yol xəritəsini də hər kəs çox yaxşı bilir. Münaqişənin həllində irəliləyiş əldə etmək üçün ilk növbədə, işğal faktı aradan qaldırılmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb olunduğu kimi, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır. İyulun 11-də Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Seçim Ermənistan tərəfdədir. Qarşıdan gələn görüş göstərəcək ki, Ermənistan, nəhayət, münaqişənin həllində konstruktiv rol oynamağa hazırdır, ya yox”.