vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 21 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
00:00 | 26 may 2022 | Cümə axşamı Məqaləyə 1048 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Abbas Lisani məhkəməyə çağırılıb

Güneylilərin milli fəalı ziyarətə gəlməsi fars-molla rejimini narahat edir

MÖVZU İLƏ ƏLAQƏLİ

İran Azərbaycanının tanınmış milli fəalı Abbas Lisani məhkəmənin hökmlərin icra bölməsinə çağırılıb. Bu barədə Abbas Lisani adlı “Telegram” xəbər kanalı məhkəmə çağırış vərəqəsinin surətini yayımlayaraq məlumat verib.

Tibbi müalicə üçün məzuniyyətə buraxılan türk siyasi məhbus Abbas Lisaninin mayın 23-də aldığı məhkəmə vərəqəsi əsasında 5 gün ərzində tibbi ekspertiza idarəsinə yönləndirilməsi üçün məhkəməyə müraciət etməsi istənilib.

Ərdəbil İnqilab Məhkəməsi tərəfindən milli fəalın çağırılmasının səbəbi hələ ki, məlum deyil.

Telegram xəbər kanalında həmin xəbərdə güneyli siyasi məhbusun məzuniyyət müddəti bitmədən məhkəməyə çağırılması “qeyri-adi” olaraq dəyərləndirilib. Azərbaycanlı siyasi məhbus fevralın 13-də tibbi ekspert komissiyasının rəyi ilə 6 ay müddətində həbsxanadan kənar müalicə almaq üçün məzuniyyətə buraxılıb.

Təqribən 3 ay məzuniyyət müddətində qalan siyasi məhbusun müalicəsi Təbrizdə keçirilib. Lisani aprelin 9-da Təbrizin Vəliəsr xəstəxanasında əməliyyat olunub. O, aprelin 25-də ikinci dəfə olaraq Təbrizdə müalicə olunub. Əməliyyatdan sonra onun müalicə prosesi davam edir.

Güneyli siyasi məhbusun məzuniyyətə çıxmasından sonra milli fəallar Güney Azərbaycanının müxtəlif şəhərlərindən onun görüşünə gedib.

Abbas Lisani Ərdəbil həbsxanasında 15 illik həbs cəzasını çəkməkdədir. O bundan əvvəl dəfələrlə İranda azlıqda olan Azərbaycan türk icmasının haqlarını müdafiə etdiyi üçün təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, məhkəmə tərəfindən uzunmüddətli həbs və sürgün cəzalarına məhkum edilib.