19:38 | 22 iyun 2022 | Çərşənbə
Məqaləyə 665 dəfə baxılıb
Şriftin ölçüsü
Fransada yeni koronavirus dalğası
Maskadan məcburi istifadənin bərpası istənilir
Fransada COVİD-19 pandemiyasının yeni dalğası başlayıb. “Reuters” xəbər verir ki, bu barədə Fransanın koronavirusa qarşı peyvənd proqramının rəhbəri, epidemiologiya professoru Alen Fişer bildirib.
O, Fransada COVİD-19 pandemiyasının yenidən yayıldığını deyib.
A.Fişer ictimai nəqliyyatda tibbi maskaların məcburi istifadə edilməsinin bərpasının tərəfdarı olduğunu söyləyib.
Qeyd edək ki, Fransada koronavirusa yeni yoluxma halları bir ayda üç dəfə artıb.