vaxtlı-vaxtında oxuyun! Cümə, 1 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNDƏM  
00:25 | 13 oktyabr 2022 | Cümə axşamı Məqaləyə 866 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Təxribatlar qaçılmazdır

Kreml Vaşinqton və Brüsselin vasitəçiliyinə mane olacaq

ELXAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya diplomatiyası hər yerdə düşmən axtarır. Kreml ABŞ və Avropa İttifaqının Azərbaycanla Ermənistan arasında vasitəçiliyinin Rusiya əleyhinə olmasında israrlıdır.

Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov deyib ki, guya Avropa İttifaqı və ABŞ Rusiyanın nailiyyətlərindən istifadə edərək Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə müdaxilə etməyə çalışır. Putinin köməkçisi onu da bildirib ki, İrəvanla Bakı arasında münasibətlərin sabitləşməsinin əsasını Rusiya prezidentinin şəxsi vasitəçiliyi ilə əldə olunan üçtərəfli razılaşmalar təşkil edir: “Biz görürük ki, qeyri-regional oyunçular, xüsusən də Avropa İttifaqı və ABŞ bu işə müdaxilə etməyə çalışırlar, lakin onlar əsasən bizim nailiyyətlərimizdən istifadə edirlər. Bizim ən fəal iştirakımızla 2020 və 2021-ci illərdə əsas razılaşmalar əldə olunub”. 

Uşakov Putinin fikrini səsləndirib. Kreml sahibinin fikrincə, Azərbaycanla Ermənistan arasında razılaşmalar yalnız Rusiyanın vasitəçiliyi ilə əldə edilməlidir, “qeyri-regional oyunçular” kobud desək burunlarını bölgəyə soxmamalıdırlar. Ancaq bu Putinin istəyindən asılı deyil, Bakı və İrəvan Vaşinqtonla Brüsselin vasitəçiliyinin əleyhinə deyillər. Buna baxmayaraq, Putin Uşakov vasitəsilə Bakı və İrəvanı xəbərdar etmək istəyir ki, Kreml Vaşinqton və Brüsselin vasitəçiliyinə mane olacaq. Bu o deməkdir ki, təxribatlara hazır olmalıyıq.