vaxtlı-vaxtında oxuyun! Cümə, 1 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
DÜNYA  
12:45 | 17 oktyabr 2022 | Bazar ertəsi Məqaləyə 795 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Cəsədlərlə dolu quyular

Dünən üzr istəyən Makron bu gün ittiham edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransa prezidenti Emmanuel Makronun Moskvanın Cənubi Qafqazda vəziyyəti sabitliyi pozması ilə bağlı bəyanatlarına reaksiya verib.

D.Medvedev “Telegram” kanalında yazıb: “O, Fransanın Ermənistanı nə qədər çox sevdiyini şiddətlə deyir. Burada erməni diasporunun nüfuzlu nümayəndələri ilə bağlı planlar kifayət qədər şəffafdır. Makron müdrik və nəcib görünməyə çalışır. Ancaq gəlin xatırlayaq ki, Fransa 1960-cı illərin sonundan yarım əsrdən artıq müddətdə özünü keçmiş müstəmləkələrində insanlara necə divan tutub. Malidə, Ruandada, Konqoda, Əlcəzairdə buna görə nə qanlar axıdılıb, çaylara çevrilib. Makron özü bir vaxtlar “sivil” Fransanın bilavasitə iştirakı ilə dinc tutsilərin soyqırımına görə afrikalılardan bağışlanmalarını istədi. Kəsik başlar və tamamilə dağıdılmış kəndlərə görə. Cəsədlərlə dolu quyulara görə. Fransızların əbədiyyən vicdanında olacaq, müstəqil və kasıb ölkələrdə “parçala və hökm sür”edin” siyasətinə görə...”