vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 20 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
ASİYA  
20:21 | 31 dekabr 2012 | Bazar ertəsi Məqaləyə 2141 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Jirinovskidən heyrətamiz təklif

RLDP-nin lideri Moskva metrosunda «Bakı» stansiyasının açılmasını istəyir

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

RLDP-nin lideri, partiyanın Rusiya Dövlət Dumasındakı fraksiyasının rəhbəri Vladimir Jirinovski Moskvada metronun "Almaatı" stansiyasının açılışını alqışlayıb. Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, tədbirdə çıxışı zamanı o, Moskva Metropoliteninin yeni stansiyalarını keçmiş müttəfiq respublikaların paytaxtları şərəfinə adlandırmaq barədə maraqlı təkliflə çıxış edib.

Onun fikrincə, bu, tarixi yaddaş və mehriban qonşuluq münasibətlərinin simvolu ola bilər.
"Biz uzun müddət bir ölkənin çərçivəsində yaşamışıq. Bizi ümumi keçmiş birləşdirir. Bu, bizim sizinlə olan tariximizdir. Və əgər Moskva metrosunda keçmiş müttəfiq respublikaların şərəfində adlandırılan stansiyalar meydana çıxarsa, bu, dostluğun simvolu olacaq. Paytaxt sakinləri və qonaqlar "Bakı", "Daşkənd", "Düşənbə" stansiyalarına girəndə onların yadına bizim tarixi əlaqələrimiz düşəcək. Bu, dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək", - Jirinovski deyib.