«Ümid edirik məsələ mitinqlərsiz həll ediləcək»
Azərbaycanlı biznesmenin nəhəng layihəsi etiraz doğurdu
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Aeroport bağlandı
Prezident ölkəsinə uça bilmir
-
Azərbaycanlı diaspor sədrinin qızı erməni oğlana ərə getdi
Toyda Ağadadaş Kərimov erməni qudası ilə rəqs edib
-
«Ərimi əlimdən almaq istəyirdi...»
Moskvada aktrisa Fatimə Abbasquliyevaya hücumlar
-
Putinin mitinqinə rusları adambaşına 9 dollara yığıblar
Adamların çoxunu müxtəlif vədlərlə və ya təzyiq yolu ilə gətiriblər
-
Mehriban Əliyeva Moskvada mükafatlandırıldı
Birinci vitse-prezidentə Müqəddəs Mələksima Knyaginya Olqa ordeni təqdim edilib
-
«Azərbaycanlılar çox ünsiyyətcildir»
Bakıya köçən moskvalı qız yollardakı situasiyadan şoka düşdü
-
«Mən heç yana qaçmamışam, Bakıdayam...»
Azərbaycanlı biznesmenə qarşı tədbirlər; Fərid Haqverdiyev zəng vurdu
-
Baş Prokurorluq müdaxilə etdi
«Gənclik» mehmanxanasının sahibi Haqvediyev ölüm təhdidi alıb Rusiyadan qaçdı
-
Moskvada insident
Kreml rəsmilərini prezidentlərin Soçi görüşünə aparmalı olan təyyarə aeroportda qaldı
-
«Rədd olsun çar»
Navalnının tərəfdarlarının Putinə orijinal ad günü «hədiyyə»si
-
«Moskvadan görünən Rusiya o qədər də təhlükəli deyil»
Millət vəkili: «SSRİ-nin bərpasını istəyənlər, arzulayanlar, nəinki Rusiyada, elə bizdə də var, ancaq indi 1917-ci il deyil»
-
Kreml ideoloqları «Moskva-Bakı Oxu» yaradırlar
Bu gün layihə çərçivəsində «Qafqazın yeni geosiyasətinə doğru» adlı konfrans olacaq
-
Rusiya panikada
Bütün ölkəni bürüyən terror xəbərdarlığı dalğası Moskvaya da çatdı
-
«Ararat» «qurudu»
Erməni sahibkar hesabdan 20 milyon çırpışdırandan klubu bağladı
-
«Trump Tower» söz-söhbəti göyü dəlir
Kreml Moskvada Tramp göydələni tikintisi barədə e-mail aldığını təsdiq edib
-
«Ondan necə kömək istəmək olar?»
Meşə yanğınları Tiflisin Moskva ilə gizli əlaqələrinin üstünü açdı
Moskvanın daşınmaz əmlak kralları siyahısında olan yəhudi əsilli azərbaycanlı milyarderlər Qod Nisanovun və Zarah İliyevin Sankt-Peterburqda həyata keçirməyə hazırlaşdığı nəhəng layihə sakinlərin etirazına səbəb olub. Virtualaz.org «Komsomolskaya Pravda»nın Sankt-Peterburq əlavəsinə istinadən xəbər verir ki, şəhərin Frunze rayonundakı 45 hektarlıq yaşıl zonanın 3.6 hektarlıq hissəsinin nəhəng ticarət-əyləncə mərkəzi, okeanarium və digər obyektlərin tikintisi üçün milyarderlərin şirkətinə verilməsinə etiraz olaraq yerli sakinlər müxtəlif instansiyalara şikayət göndərir, imza toplayır.
Nisanovla ortağının «Optima» adlı şirkəti həmin ərazisini iri investisiya layihəsi üçün güzəştli şərtlərlə əldə edib. Layihəyə əsasən orada böyük okeanariumla yanaşı digər kommersiya təyinatlı obyektlər tikilməlidir. Qod Nisanov bu günlərdə «Forbes»ə müsahibəsində bildirib ki, kompleksin ümumi ərazisi 190 min kvadratmetr olacaq. Bunun 15 min kvadratmetrini okeanarium, 10 min kvadratmetrini dəniz biologiyası mərkəzi tutacaq. Qalanında isə ticarət mərkəzi və digər kommersiya obyektləri tikiləcək.
Lakin Kupçino sakinləri onların sevimli istirahət parkının bir hissəsinin məhv ediləcəyini eşidəndə etirazlara başlayıblar. Yerli fəallardan biri Pavel Şvets bildirib ki, onlar layihənin dayandırılması barədə şəhər Dumasına, digər instansiyalara müraciət ediblər. Parkda tikintinin dayandırılması barədə qanun layihəsi artıq qanunverici orqanda baxılır. «Biz ümid edirik ki, məsələni mitinqlərsiz həll etmək mümkün olacaq», - o deyib.
Fəallar deyirlər ki, əvvəlcə onları parkda təkcə okeanarium olacağını deyərək aldadıblar. İndi isə məlum olur ki, okeanarium kompleksin cüzi hissəsini təşkil edəcək. Onların sözlərinə görə, bu layihəni hazırlayanda sakinlərin fikirlərini heç kim dinləməyib. Hazırda sakinlər layihənin dayandırılması barədə müraciətə imza toplayırlar, indiyədək 2 min nəfərdən çox sakin bu müraciətə imza atıb.
Xatırladaq ki, Nisanov və ortaqları Moskvada da nəhəng okeanarium açıblar.