vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNEY  
17:15 | 2 aprel 2014 | Çərşənbə Məqaləyə 1957 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Traktor»un 25 fanatı tutulub

Güneyli fəallar stadionda fars rejimini qıcıqlandıran şüarlar səsləndirib

MÖVZU İLƏ ƏLAQƏLİ

Güneyin Azərbaycanın azadlıq simvoluna çevrilmiş, Asiya Çempionlar Liqasında yarışan Təbrizin «Traktor» futbol komandası aprelin 1-i Səhənd stadionunda Birləşmiş Ərəb Əmirliklərinin «Əl-eyn» komandasını qəbul edib. «Media forum» saytının məlumatına görə, 55 min azarkeşinin izlədiyi görüş 2:2 hesabı ilə nəticələnib.

Təbrizli azarkeşlər milli şüarlar səsləndirdikləri üçün stadiondakı təhlükəsizlik qüvvələrinin kobud rəftarı ilə qarşılaşıblar. Azarkeşlər Urmiya gölünün quruması ilə əlaqədar ingilis dilində yazılı plakatlar qaldırıb, «Urmu gölü can verir, İran onun qətlinə fərman verir», «Türklərin iftixarı, Tiraxtur, Tiraxtur», «Yaşasın Azərbaycan», «Tiraxtur»u el istər, şərəfli millət istər» və digər şüarlar səsləndiriblər. 25 azarkeş tutularaq bilinməz istiqamətə aparılıb.

«Traktor» azarkeşləri tutularkən döyülüb, təhqir edilib. Tutulan azarkeşlərdən 3-nün adı (Əkbər Mühaciri, Əli Hemməti, Həbib Mehrazər) müəyyənləşib.