“Mən sənin üçün çox ağıllıyam”
Həm futbolçu, həm də narkobaron – Sebastian Marsetin ikili həyatı
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Suares milli ilə vidalaşır
Dünyaca məşhur hücumçu Uruqvayda bütün zamanların ən yaxşı olub
-
Bayraqları bayraq yapan...
Dünyanın ikiüzlü, birrəngli-təsvirsiz, dördkünc olmayan qəribə və Ermənistanın son ümid yeri olacaq rəmzləri
-
Suares mundialla vidalaşdı
Uruqvaylının dişi başına bəla oldu
-
Uruqvay futbolu təhlükədə
Ölkə millisi DÇ-2014-ə qatılmaya bilər
-
«Cim-Bom»un uruqvaylı ulduzu
Qalatasaray gənc futbolçu ilə prinsip anlaşması saxlayıb
-
Beynəlxalq axtarışda olan uruqvaylı Sebastian Marset illərdir futbolçu adı altında çalışan narkobaron olub. Amerikanın “Washington Post” (WP) qəzetinin təhlilində Paraqvay, Uruqvay və Boliviya polisinin paylaşdığı məlumatlarla 33 yaşlı Marsetin telefon qeydləri və mesajlaşmaları araşdırılıb.
Xəbərdə 28 yaşlı Marsetin kokainli şəxsi təyyarələr və nağd pulla dolu çamadanlarla Cənubi Amerikanı gəzdiyi bildirilir 31 yaşında futbolçu bu yolla 1 milyard dollardan çox qazanıb.
Təhlildə “Cənub Kralı” ləqəbli narkobaronun “Qərbi Avropaya çatan kokain dalğasının arxasında duran əsas fiqurlardan biri” olduğu bildirilib.
Prokurorluq qeydlərinə görə, Marset Maradona, Messi və Pele kimi əfsanələrin geyindiyi 10 nömrəli forma ilə meydanda oynaya bilmək üçün Paraqvayın “Kapiata” futbol klubuna 10 min dollar rüşvət verib.
Qarşılaşmada Marsetin kobud mövqelərinə hakimlərin fit çalmadığı və onun komandada demək olar ki, toxunulmaz oyunçu olduğu qeyd olunub.
Uruqvaylı idmançı futbolçu karyerasını davam etdirərkən, narkotik ticarətində də sürətlə yüksəlib. O, Uruqvay limanlarından Belçika, Hollandiya və Almaniyaya tonlarla narkotik göndərməklə dünya üzrə kartellərlə əlaqələr qurub.
Marsetin futbolçu karyerasını narkotikdən əldə etdiyi gəlirləri yumaq üçün istifadə etdiyi diqqətə çatdırılıb. Paraqvay prokurorluğunun hesabatında deyilir ki, “qanunsuz gəlirlərin qanuniləşdirilməsi idman vasitəsilə həyata keçirilib”.
“WP”nin təhlilində narkobaronun qeyri-qanuni fəaliyyətini gizlətmək üçün idman keçmişindən istifadə etdiyi vurğulanıb və aşağıdakı dəyərləndirmələr aparılıb: “Marset statusunu və sərvətini təkcə peşəkar futbol komandalarını maliyyələşdirmək üçün deyil, həm də klublarda oynamaq üçün istifadə edən ilk böyük narkotik alverçisidir. O, bəzi matçlarını rəqib kartel üzvlərinin cəsədlərini tərk etdiyi yerdən bir neçə kilometr aralıda keçirib.
Keçən ilin avqustunda ABŞ və Cənubi Amerika ölkələrinin axtarışa verdiyi Marsetin Boliviyadakı evinə polis basqını həyata keçirilib. Marset hadisədən sonra bir video yayımlayaraq, Boliviya polisinin bəzi rəsmilərinin ona əvvəlcədən xəbərdarlıq etdiyini və beləcə qaçdığını iddia edib. Boliviya polisi bu iddiaları rədd edib. Narkobaron videoda bunları deyib: “Mən sənin üçün çox ağıllıyam. İstəsən məni tutmağa çalış, amma sənə deyim ki, mən uzaqdayam”.
Marset 2022-ci ildə Kolumbiyada bal ayında olarkən, ölkəsindəki mütəşəkkil cinayət təşkilatlarına qarşı mübarizəsi ilə tanınan Paraqvay prokuroru Marselo Peççinin narkotik mafiyası tərəfindən öldürülməsinə görə də məsuliyyət daşıyır.
Prokuror 2020-ci ildə saxta Paraqvay pasportu ilə ölkəyə daxil olmağa cəhd edən keçmiş braziliyalı futbolçu Ronaldinyonun həbs olunduğu iş üzərində də çalışıb.
Peşəkar futbolçu və narkobaron kimi ikili həyat sürən Marsetin harada olduğu bilinmir.